Previous Next
Bağla

TEOREM onlayn təhsil resursunun təqdimatı keçirilib-Foto

29-06-2017 15:04
TEOREM onlayn təhsil resursunun təqdimatı keçirilib-Foto

Bu gün Hilton Otelində TEOREM - Test və Onlayn Repetitor Mərkəzinin təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimində Teorem.az internet resursu və eyniadlı mobil tətbiqlər təqdim edilib. Təqdimat mərasimində ölkənin təhsil və İKT ictimaiyyətinin nümayəndələri, dövlət və özəl sektorun təmsilçiləri iştirak edib.

Təqdimatı giriş sözü ilə açan layihənin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat verib.

O. Gündüz bildirib ki, TEOREM istər orta məktəb şagirdlərinin və  abituriyentlərin, istər magistraturaya hazırlaşan tələbələrin, istərsə də müəllimlərin faydalana biləcəyi onlayn bir platformadır.  O, TEOREM-in imtahanlara daha səmərəli və effektiv hazırlıq prosesinin təşkili, imtahan vərdişlərinə yiyələnmək  və biliyin istənilən an və istənilən formada,  real vaxtda qiymətləndirilməsi üçün,  məktəblər və hazırlıq kurslarına imtahan və hazırlıq prosesini sadə  və səmərəli formada təşkili üçün unikal imkanlar yaradan bir təhsil resursu olduğunu diqqətə çatdırıb.


Sistem  mövcud standartlara uyğun olaraq bütün auditoriyalar üzrə ( orta məktəb, abituriyent, magistratura, dövlət qulluğuna hazırlıq, müəllimlərin işə qəbulu üzrə) onlayn və oflayn formada  sınaq imtahanları təşkil etməyə, repetitorlar üçün onlayn imkanlar yaratmağa kömək edir.

TEOREM-in  “Məktəbdaxili Qiymətləndirmə” bölməsi sizə istədiyiniz fənn, sinif, fəsillərə uyğun olaraq öz sınaq imtahanınızı yaratmaqda  kömək edəcək. Layihənin rəhbəri həmçinin qeyd edib ki, burada tələbə və abituriyentlərlə yanaşı, müəllimlər üçün də xüsusi əhəmiyyətə malik platformadır:

“Müəllimlər üçün ayrılan bölmədə “Onlayn Repetitor” otağı yaradılır və hər bir müəllim(repetitor) burada öz şagirdləri ilə informasiya münasibətləri qura, onların nəticələrini izləyə və öz arzusuna uyğun qiymətləndirmə prossesini təşkil edə bilər. Bu sistem vasitəsilə müəllimlər(repetitorlar) hazırlaşdırdıqları uşaqlar üçün çətinlik səviyyəsinə uyğun olaraq xüsusi sınaqlar da tərtib edə bilirlər”.

Layihə rəhbəri Kurs/Məktəb Sınaq Sistemi haqqında da məlumat verib:

“Kurs/Məktəb Sınaq Sistemi TEOREM-in test bazasından istifadə etməklə Hazırlıq Kursları və Məktəblərə  oflayn və onlayn sınaq imtahanları təşkil etməyə imkan verir. İmtahan verənlər sistemə daxil olaraq öz imtahan nəticələri öyrənə və ballarını hesablaya bilirlər”.

Həmçinin, saytda olan “Dinamika “ bölməsində müxtəlif auditoriyalar üzrə əvvəlki illərdə keçirilən rəsmi imtahanlar və sınaqlar yerləşdirilib. 2001-ci ildən başlayaraq bu tip imtahanların bazaya yerləşdirilməsi nəzərdə tutulub. Hazırda 2015 - 2017-ci illər üzrə müxtəlif imtahanlar və sınaqlar bazaya daxil edilib.  İmtahanların nəticələri  mövcud qaydalara uyğun olaraq hesablanır və nəticələri dərhal onlayn reimdə əldə etmək mümkündür.

TEOREM-də qeydiyyatdan keçən hər bir istifadəçi üçün geniş imkanlara malik virtual şəxsi otaq yaradılıb. Qeydiyyatdan yeni keçənlər üçün xidmətlərdən pulsuz istifadə imkanları var.

TEOREM-in test bazasına 100 000-dək test tapşırığı daxil edilib. Test bazası  TEOREM-lə əməkdaşlıq edən müəllimlərin təqdim etdiyi test tapşırıqlarından və  DİM-in açıq test bazasından istifadə edilərək formalaşdırılıb.

Hər bir test tapşırıqığı mövcud qaydalara uyğun olaraq ( çətinlik dərəcəsi, relevantlığı, mövzuya, fəsillərə, siniflərə, yeni proqramlara uyğunluğu və s. nəzərə alınmaqla) kodlaşdırılaraq bazaya daxıl edilir və və test bazası münətəzm olaraq yenilənir.

TEOREM-in çoxsaylı xidmətlərindən daha effektiv istifadə üçün müxtəlif ödəmə üsulları (plastik kart, SMS, E-manat, Portmanat və s.) mövcuddur.

Azercell şirkəti TEOREM-dən daha effektiv və əlverişli şərtlərlə istifadə üçün və  mobil mühitə inteqrasiya məslələrinə  dəstək verib.  Bu baxımdan TEOREM-in SMS ödəmə xidmətlərindən də ilk növbədə Azercell abunəçilərinin istifadəsi mümkündür. Yaxın müddətdə digər operatorlar vasitəsilə də ödəmə imkanları nəzərdə tutulub.

Təqdimat mərasimində Nəqliyyat , Rabitə və Yüksək Texnilogiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov, Təhsil Nazirliyinin şöbə müdürinin müavini İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Fuad Mayılov, Azercell  şirkətinin nümayəndəsi Sahilə İbrahimova, Azərbaycan Təhsil Şurasının sədri  Əjdər Ağayev, Təhsil İnstitunun şöbə müdiri Almaz Həsrət, təhsil ekspertləri Kamran Əsədov və Etibar Əliyev, məktəb direktorları Mənsum Abışov və Səkinə Rzayeva, Avropa Liseyinin  İKT üzrə direktor müavini Rəhilə Əliyarzadə , AzTU-nun prorektoru İlham Pirməmmədov, Portmanat şirkətinin rəhbəri Telman Axundov, GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov  çıxış edərək layihə ilə bağlı təbrik, təklif və arzularını bölüşüb.

Çıxış edənlər TEOREM –in təhsilin modernləşməsində və keyfiyyətinin yüksəlməsində mühüm rol oynayacığını qeyd ediblər.

TEOREM-in Android və iOS əməliyyat sistemləri üçüm mobil tətbqiləri hazırlanıb . Mobil istifadəçilər müvafiq internet mağazalardan və ya teorem.az saytındakı linklərdən istifadə edərək tətbiqləri öz mobil avadanlıqlarına ( mobil telefon, planşet, netbuk və s. ) yükləyə bilərlər.

Yaxın zamanlarda TEOREM-in özəl kupon sisteminin də işə salınacağı nəzərdə tutulub.

Sistemdə istifadəçilər üçün effektiv əlaqə imkanları, qarşıya çıxacaq suallara onlayn cavab tapmaq imkanları, hər bir gözlənilən suallara dərhal aydınlıq gətirən onlayn çat imkanları nəzərdə tutulub.

Layihənin ərsəyə gəlməsində peşəkar müəllimlərin, proqramçılar və dizaynerlərin daxil olduğu çoxsaylı komanda iştirak edib. 

TEOREM onlayn təhsil platforması hazırlanarkən müxtəlif ekspertlər, təhsil qurumları və İT şirkətlərlə əməkdaşlıq edilib.

Qeyd edək ki, layihənin hazırlıqlarına 2015-ci ildən başlanıb.

Tədbirlə bağlı bütün fotolar burada.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Onlayn təhsil platforması təqdim olunacaq

Onlayn təhsil platforması təqdim olunacaq

28-06-2017
 Teorem.az-dan ilk Azercell abunəçiləri istifadə edə biləcək

Teorem.az-dan ilk Azercell abunəçiləri istifadə edə biləcək

29-06-2017
Onlayn təhsil sistemində yeniliklər edilib

Onlayn təhsil sistemində yeniliklər edilib

26-01-2018
Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

Sınaq imtahanında iştirak edə bilməyənlərin nəzərinə

04-05-2018
Teorem.az-a yeni xidmətlər əlavə edilib

Teorem.az-a yeni xidmətlər əlavə edilib

12-09-2017
Ödənişsiz onlayn sınaq imtahanı

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018
Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

Müəllimlərin işə qəbul imtahanları necə təşkil olunmalıdır ?

30-07-2019
Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019
DİM onlayn sınaq imtahanları keçirəcək

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018
Şagirdlər üçün daha bir pulsuz  onlayn sınaq imtahanı

Şagirdlər üçün daha bir pulsuz onlayn sınaq imtahanı

18-11-2022
“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

19-05-2015
Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018
TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019
Tələbələr ilk dəfə onlayn sınaq imtahanı verəcək

Tələbələr ilk dəfə onlayn sınaq imtahanı verəcək

04-02-2015
Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

Tələbələr imtahan cavablarını kompüterdən öyrənir-Foto

14-06-2017
Azərbaycanda onlayn sınaq imtahanları başlayır

Azərbaycanda onlayn sınaq imtahanları başlayır

27-02-2019
Elektron sınaq imtahanları davam edir

Elektron sınaq imtahanları davam edir

30-03-2017
Universitetlərdə  yazılı imtahanlar elektronlaşdırılır

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016
Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

13-06-2014
Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

05-05-2015
Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012
Onlayn laboratoriyanın təqdimatı olub

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012
Müəllimlərin qiymətləndirilməsi elektron formada aparılacaq

Müəllimlərin qiymətləndirilməsi elektron formada aparılacaq

23-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə