Previous Next
Bağla

Events.az tədbirlər portalı yeni dizaynda fəaliyyətə başlayıb

24-07-2015 10:55
Events.az  tədbirlər portalı yeni dizaynda fəaliyyətə başlayıb

Ölkədə “Events Azərbaycan” layihəsi fəaliyyətə başlayıb.

Xeberler.az-ın məlumatına görə, layihənin əsas məqsədi  müxtəlif tədbirlərin təşkili,  tədbirlərə informasiya dəstəyi, biletlərin satışı və onlayn sifarişi , tədbir təşkilatçılarının müxtəlif xidmətlərinin göstərilməsidir.

“Events Azərbaycan”  tədbirlərin marketinq və PR strategiyasını müasir texnologiyalardan  və innovasiyalardan istifadə etməklə daha da təkmilləşdirməyi nəzərdə tutub.

Bu məqsədlə artıq ölkədə təşkil olunan  və nəzərdə tutulan bütün  tədbirlər haqqında məlumatları, tədbir təşkilatçıları və istifadəçilər üçün  çoxsaylı onlayn xidmətləri özündə birləşdirən  Events.az portalı hazırlanıb.

Events.az sizi maraqlandıran tədbirləri (seminar,konfrans,konsert,sərgi,təqdimat və s.) izləyəcəyiniz və öz tədbirlərinizi təqdim edə biləcəyiniz sosial bir platformadır.

Resursda  tədbirlə əlaqəli olan təşkilatçıların xüsusi hesablarının yaradılması imkanları nəzərdə tutulub. Həmin hesablarda  təşkilatçıların cari və  gələcəkdə planlaşdırılan tədbirləri haqqında məlumatlar yerləşdirilir. Saytda tədbirlərin təşkilatçıları, sponsor və dəstək verənləri həmçinin tədbirlərin keçiriləcəyi məkanlar haqqında geniş məlumat bazası formalaşdırılacaq.

Events.az -da maraqlara uyğun olaraq tədbirlərin asan tapılması imkanları nəzərdə tutulub. Tədbirlər mövzulara uyğun olaraq qruplaşdırılıb. Resursda qeydiyyatdan keçənlər açar sözlərdən istifadə etməklə öz maraq dairəsinə uyğun tədbirlər haqqında məlumat əldə edə bilirlər. İstifadəçilər  həmçinin  saytda yerləşdirilən tədbirlərlə bağlı  müəyyən dəyişiklikləri, vaxtı və yeri haqqında yeni məlumatları bildiriş vasitəsilə əldə edə biləcəklər.

Tədbirlərin axtarış sistemində maraqlara uyğun olaraq açar sözlər vasitəsilə süzgəc sistemindən istifadə olunub.

Yaxın vaxtlarda Events.az-in mobil versiyasını yaratmaq nəzərdə tutulub.

Sevinc Əsədova 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Events.az-dan yeni xidmət

01-09-2015

Events.az-dan yeni xidmət

16-02-2016

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

Bakutel 2015 çərçivəsində hansı tədbirlər təşkil ediləcək?

10-11-2015

Gəncədə keçiriləcək Startap Günlərinin proqramı açıqlanıb

14-11-2016

Rəqəmsal bankçılıq üzrə xarici ekspertlər Bakıya gəlir

08-11-2017

Azərbaycanda bütün tədbirləri pulsuz işıqlandıran daha bir sayt yaradılıb

08-06-2015

Gəncədə Startap Günlərinə hazırlıqlar davam edir -Fotolar

19-11-2016

Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək

14-04-2025

Startup Günlərinə hazırlıq məsələləri müzakirə edilib

24-10-2013

Qafqaz Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

24-10-2012

Milli Net 2010 Müsabiqəsinin yekunu ilə bağlı Təqdimat mərasimi dekabrın əvvəli olacaq

09-10-2010

Startap Günlərində nələr olacaq?

04-11-2015

Bütün Facebook tədbirləri mobil telefonunuzda- Yenilik

12-10-2016

Məşhur robot Sophia Bakıya gəlir

30-07-2018

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014

Xəzər Universitetində Milli İnternet Mükafatının təqdimatı keçirilib

02-11-2012

Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı yaradılıb

24-10-2016

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

İT gündəmdə nə var, nə yox?

27-03-2015

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

COP29 konfransının proqramı açıqlanıb

09-11-2024

Növbəti Rəqəmsal Marketinq Konfransı keçiriləcək

11-10-2017

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə