Previous Next
Bağla

Onlayn laboratoriyanın təqdimatı olub

23-02-2012 18:09
Onlayn laboratoriyanın təqdimatı olub

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Onlayn laboratoriyanın (xəbərlər portalı) təqdimatı olub.

Laboratoriyanın yaradılması “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi təqdim edib. Layihə Amerika-Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyilə həyata keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Qərb Universiteti, Xəzər Universiteti, Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti ,Qafqaz Universiteti, Azərbaycan Universitetlərinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media üzrə mütəxəssislər iştirak ediblər.

Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz  çıxış edərək layihə haqqında və Onlayn laboratoriya haqqında məlumat verib. O Onlayn laboratoriyanın jurnalistika təhsili verən hər bir Universitetə təqdim ediləcəyini bildirib.
Yeni media mütəxəssisləri Amid Quliyev və Şaiq Muradov resursdan istifadə qaydaları və özəllikləri haqqında təqdimatla çıxış ediblər. Onlar gələcəkdə bu resursu idarə edəcək şəxslərin suallarını cavablandırıblar.

Hər bir Universitet üçün verilməsi nəzərdə tutulan Onlayn laboratoriya jurnalistika fakültəsinin tələbələrinin praktiki bilik və bacarıqlarının artırılması  üçün nəzərdə tutulub. Müəllimlər və tələbələr bu onlayn-resursdan  onlayn mühitdə işləmək üçün bir platforma olaraq istifadə də biləcəklər.

Onlayn laboratoriya geniş  funksional imkanlara malikdir. Tələbələr və müəllimlər burda  müxtəlif növ xəbər tipləri ( audio-podkast, video, mətn, foto və s) ilə işləmək imkanları əldə edirlər. Yeni media texnologiyalarını tədris edən müəllimlər jurnalist-tələbələrdə praktiki vərdişlərin formalaşması üçün   bu resursdan səmərəli və effektiv istifadə edə biləcəklər.

Tədbirdə  həmçinin universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi üçün Multimedia Mərkəzinin hazırlamaqda olduğu yeni tədris modulları (proqramları) ilə bağlı  görülən işlər haqqında məlumat verilib.  Apreldə keçiriləcək konfransda yeni medianın tədrisi modelinin yekun variantının müzakirə ediləcəyi bildirilib.

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi Universitetlərdə  Yeni media texnologiyalarının  tədris modelinin yaradılmasını nəzərdə tutur.

Bura ayrı-ayrı fənlər bloku, tədris proqramları, tədris-tematik planları və s. daxildir.

Jurnalist tələbələrə İnternet TV-də və İnternet-radioda iş vərdişləri aşılamaq üçün layihə çərçivəsində BDU-da internet studiyanın yaradılması nəzərdə tutulur. Hazırda studiyanın yaradılmasına hazırlıq gedir, avadanlıq alınır.

Müəllimlər və tələbələrin hazırlanması üçün treninqlər təşkil ediləcək.  Həmçinin  yeni media-texnologiyalarını tədris edənlər üçün ixtisaslaşdırılmış internet-portal yaradılacaq.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

Universitetdə internet studiya yaradılır

13-01-2012

Yeni medianın tədris modulları çap olunub

12-10-2012

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012

“Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” tədbiri keçiriləcək

30-04-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” layihəsi çərçivəsində işlər davam etdirilir

09-01-2012

“Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına başlanılıb

30-09-2011

Yeni media ilə bağlı təlimlər başa çatıb

29-09-2012

Yeni medianın tədris proqramları və “Onlayn Media Təhsili” layihələri təqdim olunub

15-11-2012

Yeni medianın tədris modulları Elmi Şurada təsdiqlənib

30-05-2012

Yeni medianın tədris modulları hazırlanıb

04-05-2012

Yeni media sahəsində çalışanların sorğu anketi

14-10-2011

“Yeni media : kadr təminatı və peşəkarlıq” konfransı keçiriləcək

20-11-2011

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22-11-2011

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

Yeni media anlayışı. Yeni media və multimedia

00-00-0000

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” adlı konfrans keçirilir

15-05-2025

Təhsil Nazirliyi TV kanal açır

19-05-2015

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində Jurnalistlər üçün Təlimlər keçirilir.

24-10-2013

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Müəllimlər üçün keçirilən təlimlər başa çatdı

14-04-2012

“Türkiyə universitetləri müasir texnologiyalarla yetərincə təmin edilib”

21-09-2015

Jurnalistlərin peşəkarlığının artırılmasına kömək məqsədilə Təlimlərə start verilir

17-10-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə