Bakı şəhəri 217 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi Asim Hüseynov “AsimChat” adlı mesajlaşma tətbiqi yaradıb.
Xeberler.az bildirir ki, android platforması üçün yaradılan tətbiq istifadəçilərə bir-biri ilə mesajlaşmaq, qruplar yaratmaq və şəkillər paylaşmaq imkanı verir. Layihə müasir kommunikasiya vasitələrinin əsas funksiyalarını özündə birləşdirərək istifadəçi rahatlığını təmin etməyə yönəlib.
A.Hüseynov layihənin hazırlanmasında Kotlin proqramlaşdırma dilindən istifadə edib. Tətbiqin hazırlanması prosesində müxtəlif texniki çətinliklərlə qarşılaşsa da, araşdırmalar apararaq onların öhdəsindən gəlməyi bacarıb.
“AsimChat” tətbiqi şagirdin innovativ düşüncə tərzinin, texnologiyalara marağının və öz üzərində davamlı işləməsinin nəticəsidir.
Gələcəkdə informasiya texnologiyaları sahəsində daha böyük layihələr həyata keçirməyi hədəfləyən Asim Hüseynov yeni texnoloji həllər üzərində çalışmağı və innovativ məhsullar yaratmağı qarşısına məqsəd qoyub.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları