HP-dən yeni LCD monitor

11-08-2009 / 19:14

HP şirkəti 2709m adlı 27 düymlük monitor təqdim edib. Firma ənənəvi olaraq 16:10 ekran nisbəti yerinə 16:9 nisbətini istifadə edir.

İstehsalçının verdiyi məlumatlara görə, HP 2709m monitoru 1920 x 1080 piksel həllolma əmsalı/dəqiqliyi dəstəkləyir. Kontrast nisbəti 30.000:1 (dinamik).

İnterfeys olaraq modeldə analoq VGA, dijital DVI-D və iki HDMI girişi istifadə edilir. Ayaqlığın köməyi ilə monitor 5 dərəcə qabağa, 25 dərəcə arxaya əyilə bilir. HP, monitoru ABŞ-da satışa çıxardıb. Qiyməti təxminən 500 dollardır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə