Previous Next
Bağla

Prezident: “İKT-nin inkişafı bizim əsas vəzifələrimizdən biridir”

19-12-2017 11:31
Prezident: “İKT-nin inkişafı bizim əsas vəzifələrimizdən biridir”

Euronews  telekanalında Bakıda keçirilən Bakutel-2017 sərgisi ilə bağlı reportaj yayımlanıb.

Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev Euronews-un müxbirinin sualını cavablandırıb.

Xeberler.az AZƏRTAC-a istinadən reportajın xülasəsini təqdim edir.

Reportajda deyilir ki, Azərbaycan beynəlxalq Bakutel-2017 telekommunikasiya və informasiya texnologiyaları sərgisi virtual və tamamlanmış reallığa həsr olunub. Əsas istiqamətlərdən biri məhsulların yeni tətbiq növlərini axtarmaq üçün bu texnologiyaların birləşdirilməsidir. Belə ki, tamamlanmış reallıq eynəyi həkimlərə plastik cərrahlara əməliyyat zamanı eyni vaxtda həm xəstənin üzünü, həm də arzulanan konturları görməyə imkan verir.

Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev deyib:

-Bu layihənin əsas ideyası pasiyentin virtual və real anatomiyasını görməyə imkan yaratmasıdır. Əməliyyat zamanı eynək taxılır və həkimlər, sözün əsl mənasında, dərinin altındakıları müşahidə edə bilirlər. Onlar üzün sümüklərini, əzələləri, sinirləri və pasiyentin damarlarını görə biləcəklər.

Reportajda qeyd edilir ki, ənənəvi virtual reallıq əsasən oyun sənayesində istifadə olunur. Lakin bu texnologiyalar digər sahələrdə daha çox tətbiq edilir.

“Phobia VR”nin sözçüsü Aygün Həsənova bildirib:

-Bir çox ölkələr artıq virtual gerçəklik platformalarından təbabətdə istifadə edirlər. Bizim şirkət xüsusi olaraq təbabət, peşəkar treninqlər, yanğınsöndürmə hissələrinin hazırlığı üçün nəzərdə tutulmuş platformalar hazırlayır.

Reportajda qeyd edilir ki, sərgidə dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edib. Burada ənənəvi olaraq informasiya texnologiyaları sahəsində maraqlı start-up ideyalarla tanış olmaq mümkündür.

“Wand”ın layihə rəhbəri Elçin Ağazadə qeyd edib:

-Wand sizin kağıza yazdıqlarınızın hamısını smartfonda avtomatik olaraq saxlayan elektron qurğudur. Otuz dəqiqə sonra mürəkkəb kağızdan yox olur, lakin bu müddətdə sizin məlumatlarınız artıq serverdə, yaxud proqram əlavədə tam saxlanılır.

Reportajın müəllifi vurğulayır ki, 2016-cı ildə Dünya Bankının apardığı araşdırmalara görə, Azərbaycan əsasını yanacaq-energetika kompleksi təşkil edən iqtisadiyyatını şaxələndirir. Bunun üçün informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı zəruridir.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”un müxbirinin sualını cavablandıraraq deyib:

-İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir.

Reportajda diqqətə çatdırılır ki, Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

06-12-2017

Prezident İlham Əliyev Bakutel-2015 sərgisi ilə tanış olub

02-12-2015

Virtual Reallıq texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda təlim keçirilib

22-02-2019

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Prezident BTİ-nin baş katibini qəbul edib

29-11-2016

Azərbaycan Prezidenti: "İnformasiya-kommunikasiya sektoru çox dinamik inkişaf edir"

15-04-2011

Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

02-12-2014

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

“Bakutel sərgisi işgüzar əlaqələr baxımından böyük imkana malikdir”- Prezident

02-12-2015

Azərbaycan Prezidenti BakuTel 2009 Sərgisində olub

04-11-2009

Bakıda AICT2009 3-cü Beynəlxalq konfransı keçirilir

14-10-2009

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016

Sabah “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək

04-11-2009

Prezident Rusiyanın rabitə və kütləvi informasiya nazirini qəbul edib

05-12-2017

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019

Prezident İlham Əliyev sərəcam verdi

16-03-2012

Yeni elektron kommunikasiya qanunu ikinci oxunuşda razılaşdırılmaqdadır

04-12-2024

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-11-2010

Gələn il Bakutel sərgisinin keçiriləcəyi tarix açıqlandı

17-12-2015

“BakuTel-2009” sərgisinə hazırlıq işləri davam edir

23-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə