Previous Next
Bağla

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016 10:48
Tibb sahəsində İKT-nin  tətbiqi  müzakirə olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən Xeberler.az-a  verilən məlumata görə, mayın 24-də olacaq konfransda tibb sahəsində İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunacaq. 

Konfransda İKT sahəsi ilə yanaşı, tibb elminin öncülləri, o cümlədən Azərbaycan Tibb Universitetinin nümayəndələrinin çıxışları da nəzərdə tutulub.

Konfransın təşkilat komitəsinin üzvləri Azərbaycan Tibb Universitetində olublar, universitet rəhbərliyi ilə bu geniş tədbirə hazırlıq işlərini müzakirə ediblər. Komitə üzvləri ilə görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ölkədə bu mövzuda elmi yığıncağın təşkilinin böyük əhəmiyyət daşıdığını deyib:

"Belə bir tədbirin təşkili həm Azərbaycan təbabəti, həm də tibb təhsili üçün çox önəmlidir. Bu mövzu tibb sahəsində yeniliklərlə bağlı olduğundan, bizim üçün gələcəyə aparan bir yoldur".

Tibb Universiteti konfransın işində fəal iştirak edəcəyini bildirən G.Gəraybəyli qeyd edib ki, ali məktəbin professorları öz məqalələrini elmi toplantıya təqdim edəcəklər. Rektor İKT sahəsində biliklərin artırılmasına ehtiyac olduğunu da söyləyib: "Etiraf edək ki, elektron təbabətin bir çox imkanlarından hələlik istifadə etmirik. Hazırda bizim ali məktəbdə elektron universitetin yaradılması üzrə işlər aparılır. Gələcəkdə ATU əməkdaşları üçün elektron təbabət üzrə təlimlərin keçirilməsi də istisna deyil".

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, ölkədə İKT geniş tətbiq olunur:

"Artıq elektron Azərbaycan formalaşır və e-hökumətin ayrı-ayrı seqmentləri ortaya çıxır. Bunlardan biri də elektron səhiyyədir. Tibb fəaliyyətində ayrı-ayrı sahələr üzrə virtual təbabətin geniş tətbiqi imkanları var. Konfransın məqsədi elektron tibbin bütün komponentlərinə diqqət cəlb etməkdən, bu sahədəki problemləri müzakirə etməkdən ibarətdir".

Görüşdə ATU-nun prorektorları, kafedra və klinika rəhbərləri iştirak edib.

 

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

Emin Əmrullayev: "Hazırda Qarabağ Universitetinin böyük konsepti hazırlanır"

09-10-2023

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025

E-tibdə bulud texnologiyalarının tətbiqi müzakirə edilib

20-05-2016

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016

“Elektron hökumət” portalı üzərindən tibb sahəsinə dair iki yeni elektron xidmət təqdim edilib

13-12-2013

“Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21-05-2025

Tibb müəssisələrində İKT infrastrukturunun qurulması davam edir

20-08-2019

Tibb Universiteti beynəlxalq şəbəkəyə qoşuldu

13-10-2017

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

27-10-2025

Tibb Universitetinin tələbələrinə startap layihələrinin həyata keçirilməsi ilə bağlı məlumat verilib

09-07-2019

“Cərrahi Platforma”nın hazırlanmasına dair hesabat dinlənilib

19-01-2026

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

Bakıda beynəlxalq İKT konfransı keçirilir-Foto

12-10-2016

Bakıda beynəlxalq İKT konfransı keçiriləcək

25-01-2016

Bu il NDU-da İnnovasiyalar Mərkəzi istifadəyə veriləcək

17-03-2025

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

Tibb Universitetində qlobal şəbəkə rouminqi xidməti istifadəyə verilib

29-04-2026

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015

Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

26-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə