Previous Next
Bağla

Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

30-11-2016 17:40
Nar-ın stendində virtual reallıqla səyahət etmək imkanı

Nar BakuTel-2016 22-ci beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edir. Mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini geniş ictimaiyyətin diqqətinə çatdırır.

Sərgi günlərində Nar stendinin ziyarətçiləri Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan “Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı olmaq fürsəti qazanırlar.

Virtual reallıq texnologiyası əsasında hazırlanmış proqram təminatı bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün mobil operator tərəfindən xüsusi olaraq təqdim edilmiş yeni “Yerlim” tarifinin tanıdılması çərçivəsində hazırlanmışdır.

Qeyd edək ki, Nar operatoru Bakutel-2016 sərgisi çərçivəsində ilk yerli məzmuna əsaslanan və yerli şirkət tərəfindən ərsəyə gətirilən virtual reallıq texnologiyasını təqdim edib. İstifadəçilər xüsusi avadanlıq vasitəsilə Azərbaycanın bölgələrinə virtual səyahət edə bilirlər. Görüntü üçölçülü olmaqla yanaşı, həm də 360 dərəcəlik baxış imkanı yaradır. Üstəlik, istifadəçilər sadəcə şəkil deyil, həm də interaktiv səyahətin iştirakçısına çevrilirlər. Bölgələrə virtual səyahət edən qonaqlara Nar tərəfindən xüsusi olaraq Azərbaycanın müxtəlif bölgələri üçün yaradılan və abunəçilərə yaşadıqları bölgələrdə dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tariflər toplusu barədə məlumat verilir.

Bundan əlavə, Nar stendinin ziyarətçiləri müxtəlif interaktiv əyləncəli oyun və yarışların iştirakçısı olurlar. Bu müsabiqələrin qalibləri müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılırlar.

Xatırladaq ki, Bakı Ekspo Mərkəzində keçirilən BakuTel-2016 sərgisində iştirak edən Nar sərgi müddətində müasir rabitə tələblərinin vahid ödəniş üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni “Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, “Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini təqdim edir. Nar müasir texnologiyalara biganə olmayan hər bir kəsi özünün BakuTel stendinə dəvət edir. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar Bakutel -də ən son yeniliklərini təqdim edəcək

28-11-2016

BakuTel sərgisində Nar stendinə gəl, müasir smartfon qazan

03-12-2019

Nar Bakutel-in ən cəlbedici stendi seçildi

04-12-2015

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018

“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

28-11-2019

Nar Bakutel stendində keçirilmiş müsabiqənin qalibləri

08-12-2017

Nar-dan Samsung Galaxy Note 9 qazanmaq fürsəti

04-12-2018

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

Nar-dan Samsung Galaxy Note 9 qazanan abunəçi məlum oldu

07-12-2018

Nar Zərdabda yeni rəsmi mağazasını təqdim etdi

29-01-2019

Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015

“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu

23-09-2023

Nar-ın Yerlim tarifini seçənlərin sayı artmaqdadır

29-10-2018

Nar Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

05-11-2018

Nar “Cloud” korporativ xidmətini təqdim edib

02-12-2015

Nar Mobile-dan BakuTel 2009 sərgisində Nokia N97 telefonlarını qazanmaq şansı

03-11-2009

Nar bölgələri yüksəkkeyfiyyətli internetlə təmin etməyə davam edir

30-08-2019

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019

Nar növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

28-02-2019

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016

Nar Gəncədə 4G xidmətini təqdim edib

25-11-2017

Bölgə sakinləri Nar-ın Yerlim tarifini seçir

01-08-2018

Nar metroda LTE xidmətini təqdim edib

07-02-2018

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə