Azərbaycan komandaları X Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsində iştirak edib.
Xeberler.az-ın məlumatına görə, aprelin 22-25-də Gürcüstan Respublikasının Zuqdidi şəhərində Zuqdidi Dövlət Universitetinin bazasında X Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi keçirilib.
Müsabiqədə Azərbaycan 4 ali təhsil müəssisəsindən 7 komanda ilə təmsil olunub:
Qafqaz Universiteti – 3 komanda (9 tələbə)
ADA Universiteti – 2 komanda (6 tələbə)
Azərbaycan Universiteti – 1 komanda (3 tələbə)
Naxçıvan Dövlət Universiteti - 1 komanda (2 tələbə)
Aprelin 23-də müsabiqənin birinci günü tələbələr fərdi müsabiqədə iştirak edib. Fərdi müsabiqədə müxtəlif ölkələrdən 198 tələbə iştirak edib. Tələbələrə 4 saat ərzində 8 məsələni həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.
Aprelin 24-də müsabiqənin ikinci günü tələbələr komanda müsabiqəsində iştirak edib.
Kommanda müsabiqəsində 147 komanda iştirak edib. Tələbələrə 5 saat ərzində 10 məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi vasitəsilə sınaqdan keçirmə tapşırığı verilib.
Aprelin 25-də müsabiqənin üçüncü günü nəticələr elan edilib və mükafatlandırma mərasimi keçirilib.
Komanda müsabiqəsində Qafqaz U 1 - (Elmi Əhmədov, Təbriz Hacıyev, Qalib Sarayev) - Certificate of High Achievement, Qafqaz U 2 - (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Məhəmməd Vəliyev) - Certificate of High Achievement və müsabiqənin xüsusi mükafatı – Prize named Niko Muskhelishvili, Qafqaz U 3 - (Məmməd Hacılı, Rəsul Kərimov, Rövşən Hüseynov) - Certificate of High Achievement, ADA University 1 (Şahinur İsgəndərli, Ramil Həsənov, Elməddin İsmayılov) - Certificate of Achievement Honorable Mention, ADA University 2 (Miradil Zeynallı, Cəlal Rəsulzadə, Nuru Nurdil) - Certificate of Achievement Honorable Mention, Azerbaijan University-2 (Məmməd Kərimli, Elvin Usubov, Cavid Həsənli) - Certificate of Achievement Honorable Mention, Nakhchivan State University (İsmail Rzazadə, Ümid Rzayev, Kamal Məmmədli) - Certificate of Achievement Honorable Mention ilə təltif olunub.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri