Previous Next
Bağla

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015 17:14
İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.

Qafqaz Universitetinin Mətbuat şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak edib. Bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssisələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsində Qafqaz Universiteti – Qafqaz Programmers, M. V. Lomonosov adına MDU-nun Bakı filialı – BakuMSU1, ADA Universiteti – ADA U4, Azərbaycan Texniki Universiteti – AzTU1, Bakı Dövlət Universiteti – BSU_2, Milli Aviasiya Akademiyası – NAA50, Azərbaycan Memarlıq və İnşaat Universiteti – AzMİU, Azərbaycan Dövlət Neft Akademiyası – ADNA1, Bakı Ali Neft Məktəbi – BHOS1, Azərbaycan Universiteti – AU_1 Naxçıvan Dövlət Universiteti – NDU, Dövlət İdarəçilik Akademiyası – DIA group-k komandaları iştirak edib.

Müsabiqə zamanı komandalara 9 məsələnin həlli alqoritminin proqramını tərtib etmək tapşırığı verilib. Məsələlər e-olimp.com.ua/az avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib. Qafqaz Universitetinin Qafqaz Programmers komandası “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın birincisi olub. Qafqaz Programmers komandası ardıcıl olaraq 5 il bu müsabiqənin birincisi olub. 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Nar İnformatika Olimpiadasına dəstək olub

25-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə