Previous Next
Bağla

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017 10:58
Azercell-dən tələbələrə daha bir dəstək

Azercell Telekom MMC daha bir layihədə tələbələrə dəstək olub. Belə ki, şirkətin  dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Biznes Keys 2017” müsabiqəsinin final mərhələsi baş tutub.

Xeberler.az-ın məlumatına görə, dekabrın 3-də Hilton otelində keçirilən final mərhələsində qaliblər bəlli olub.

Məlumat üçün bildirək ki, “Azərbaycan Biznes Keys Müsabiqəsi” ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir.

Bu il müsabiqədə iştiraka  5 universitet - ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsində iştirak edib. Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında da iştirak ediblər.

Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edib.

Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər. (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).

Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un konkret hadisələrini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

17-04-2025

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015

Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub

14-04-2026

Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir

14-03-2025

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

Tələbələrimiz beynəlxalq proqramlaşdırma müsabiqəsində qalib oldu

11-12-2015

“CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin qalibləri müəyyən olub

02-07-2019

Bakı Ali Neft Məktəbinin komandası müsabiqəsində ikinci yeri tutub

11-07-2019

Azercell-dən yeni müsabiqə

14-09-2017

ADA Universitetində təqdimat mərasimi olub

10-08-2018

\"CanSat Azərbaycan 2019\" tələbə model peyk müsabiqəsinin final mərhələsi olub

29-06-2019

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016

EHİM-in əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasında iştirak ediblər

15-04-2019

Tələbələrin proqramlaşdırma üzrə müsabiqəsinin finalı keçirilib

26-10-2015

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə başlanıb

10-03-2016

BDU-nun komandası ICPC-nin Azərbaycan üzrə finalına vəsiqə qazanıb

31-10-2025

Azercell Gəncədə startapçılar ilə görüşüb

28-09-2017

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibləri açıqlandı

22-04-2016

Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

18-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə