Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markaları müsabiqəsini elan edib.
Xeberler.az bildirir ki, bu müsabiqədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuluyyətli Cəmiyyəti tərəfindən hazırlanmış, Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbirinə həsr edilmiş poçt markası ilə təmsil olunur.
Qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Mayın 9-da başlamış səsvermə 9 sentyabr tarixində başa çatacaq.
Səs vermək üçün bu linkə ( https://europa2021.posteurop.org/#/my-vote:Azerbaijan%20 ) daxil olaraq “Your vote” xanasından Azərbaycanı seçir, sonra isə müvafiq xanalara adınızı, soyadınızı, elektron poçt ünvanınızı qeyd etmək və “Privacy Policy”ni təsdiqləməklə “Submit my vote” düyməsini sıxırsınız.
Məlumat üçün bildirək ki, zəngin bioloji müxtəlifliyə malik Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikası ərazisində nəsli kəsilməkdə olan heyvanların sayının qorunub saxlanılması məqsədilə yaradılıb. Qoruqda yaşayan bəbir (Panthera Pardus Ciscaucasica) Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı kitab”ına daxil edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri