Müasir texnologiyaların müxtəlifliyinə baxmayaraq, bəzi 3D-çap üsullarından istifadə hələ də adi istifadəçilərin büdcəsinə uyğun deyil.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, “Selective Laser Sintering” (SLS) texnologiyası üzrə işləyən və məhsulları yüksək keyfiyyətlə hazırlamağa imkan verən 3D-printerlərin əksəriyyəti 180 min ABŞ dolları və daha yüksək qiymətə satılır. Buna görə də istifadəçilər SLS 3D-çap xidmətləri təklif edən xarici şirkətlərə müraciət edirlər. Bu xidmətləri əlçatan etmək məqsədilə “SinterIt” şirkəti öz analoqları qədər keyfiyyətli, lakin qiyməti yüksək olmayan yeni 3D-printer hazırlayır.
Dəyəri 5000 ABŞ dolları təşkil edəcək SLS SinterIt 3D-printeri gözəl korpusa malikdir. Qurğu çap prosesi zamanı müxtəlif materiallardan istifadəyə imkan verir.
İstehsalçıların fikrincə, hər bir 3D-printerin multi-zona işçi platforması ilə təchiz edilməsi SLS standartının keyfiyyətinə uyğunluğu təmin edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri