Simmetrik dizayna malik smartfon təqdim olunub

27-08-2015 / 19:11

Panasonic şirkəti Eluga Switch adlı qeyri-adi smartfon istifadəyə verib. Qurğu simmetrik dizayn və akustik sistemə malikdir.
 
Qurğunun üst və aşağı hissələri oxşardır və xüsusi istifadəçi interfeysi sayəsində cihazın istənilən vəziyyətində telefonla danışmaq mümkündür. 

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Panasonic Eluga Switch 1,5 QHs takt tezlikli səkkiznüvəli Qualcomm Snapdragon 615 prosessoru, Full HD formatlı 5,5 düymlük IPS ekran, 13 və 8 meqapiksellik kamera, 2 Gb əməli və 32 Gb daxili yaddaşa malikdir. Qurğuya Android 5.0 Lollipop mobil əməliyyat sistemi quraşdırılıb.
 
Smartfonun hələ ki, yalnız Hindistanda satışa çıxarılması nəzərdə tutulub. Qiyməti təxminən 300 ABŞ dolları təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə