Instrumments şirkəti müxtəlif predmetləri üzük və lazerdən ibarət xüsusi mexanizmin köməyilə 0,1 mm-dək dəqiqliklə ölçməyə imkan verən ağıllı qələmi təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, istehsalçılar növbəti ildə obyektləri ölçməklə yanaşı, onların 3D-modellərini hazırlamağa imkan verəcək mobil proqramı istifadəyə verməyi planlaşdırırlar.
Qələmi lazımi predmet üzərində gəzdirməklə, onun həcmli modeli real zaman rejimində smartfonun ekranında görünəcək.
Şirkət nümayəndələri, həmçinin daha əlçatan qurğu olan 01Go haqqında məlumat veriblər: “Əsas fərq qurğunun ucunda qələmin olmamasıdır ki, bunun sayəsində aksessuar daha yığcamdır. Lakin bu halda istifadəçilər ölçüləri qeyd etmək üçün adi qələmdən istifadə etməli olacaqlar”.
Qeyd edək ki, Instrumments 01-i Indiegogo platformasında 149 dollara sifariş etmək olar. 01Go-nun qiyməti isə cəmi 79 dollar təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri