Son zamanlar mobil qurğularda fərdi məlumatların mühafizəsi fəal müzakirə mövzusuna çevrilib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, buna görə də bəzi şirkətlər yüksək təhlükəsizlik səviyyəsinə malik qurğular istehsal edirlər.
Tanınmış antivirus proqram təminatı istehsalçısıCon Makafi də belə qadcet təqdim edib.
O, yeni qurğunun indiyədək mövcud olmuş qurğular arasında ən təhlükəsiz smartfon olacağını iddia edir.
“Smartfonun aparat hissəsinə böyük investisiya yatırılıb. Qurğunun arxa panelinə quraşdırılmış bir sıra kommutatorlar istifadəçiyə akkumulyator, kamera, mikrofon, Wi-Fi, GPS və Bluetooth-u söndürməyə imkan verir. Bundan əlavə, smartfon anonim veb-axtarış funksiyasına malikdir”, – deyə Con Makafi bildirib.
John McAfee Privacy Phone adlı qurğu cari ilin sonunda satışa çıxarılacaq. Onun texniki xarakteristikaları barədə hələ ki, heç bir məlumat verilmir. Smartfonun qiyməti 1100 ABŞ dolları təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri