Previous Next
Bağla

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017 09:07
 Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

DİM-də təşkil olunan görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

DİM-dən Xeberler.az-a verilən məlumata görə, hər iki qurumun iştirakı ilə tərtib olunmuş yeni modelin hazırlanma zərurətinə gəldikdə bir daha yada salınmalıdır ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur. Həmçinin yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Qısa müddət ərzində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən yeni modelə dair ətraflı şəkildə birgə açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, DİM tərəfindən iki il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm də qəbul imtahanlarına daha da yaxşı hazırlaşması təmin olunacaq.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

25-05-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

20-08-2015

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017

DİM Şəxsi kabinetə yeni elektron xidmət əlavə edib

20-08-2019

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015

Məzunların ərizə qəbulu aprelin 15-dək davam edəcək

10-04-2019

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016

56 mindən çox abituriyent elektron ərizəsini təsdiq edib

03-04-2017

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə