Previous Next
Bağla

Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

16-10-2025 12:54
Süni intellekt və verilənlər elmi üzrə II Avrasiya Forumu keçirilir

Oktyabrın 16-da Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu öz işinə başlayıb.

Xeberler.az məlumat verir ki, Bakı Dövlət Universiteti (BDU), “Codelandia” MMC və İsrailin Ben-Qurion Negev Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir dünyanın müxtəlif ölkələrindən alimləri, mütəxəssisləri və innovatorları bir araya gətirərək süni intellekt və verilənlər elmi sahəsində son nailiyyətlərin müzakirəsinə geniş imkan yaradır.

Üç gün davam edəcək forum süni intellekt nəzəriyyəsi, yeni üsulların işlənməsi və verilənlər elminin tibb, kibertəhlükəsizlik, idman və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə tətbiqinə dair fikir və təcrübə mübadiləsi üçün mühüm platformadır.

Tədbiri açan BDU-nun rektoru Elçin Babayev forumun beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Prezident İlham Əliyevin informasiya texnologiyaları və rəqəmsal inkişaf sahələrinə göstərdiyi diqqət və qayğının bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.

Rektor, həmçinin BDU-da Süni intellektin etikası kafedrasının yaradıldığını bildirib. E.Babayev bu yeni struktur bölmənin süni intellekt tədqiqatlarında etik prinsiplərin, şəffaflığın və sosial məsuliyyətin təşviqinə xidmət edəcəyinə diqqət çəkib.

Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov, Ben-Qurion Negev Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq, “Codelandia” şirkətinin rəhbəri Günel Cənnətova tədbirin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, dünyada müşahidə olunan trendlər və çağırışlar süni intellekt, kibertəhlükəsizlik, verilənlər elmi və bu kimi istiqamətlərdə elmlərin inkişafını sürətləndirməyi tələb edir.

Tədbir çərçivəsində BDU və İsrailin Ben-Qurion Negev Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənəddə iki universitet arasında beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, birgə tədqiqatların, tələbə mübadiləsinin aparılması nəzərdə tutulub. Həmçinin süni intellekt və verilənlər elmi sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsi qeyd olunub.

Forumun elmi proqramında dünyanın tanınmış alimləri tərəfindən müxtəlif istiqamətlərdə məruzələr təqdim olunur. Məruzələrdə qlobal süni intellekt və məlumat bazarlarının inkişafı, süni intellektin səhiyyədə tətbiqində etik və praktiki çağırışlar, eləcə də informasiyanın strateji resursa çevrildiyi müasir dövrdə ali təhsilin rolu kimi mövzular əhatə olunur.

Tədbir çərçivəsində panel müzakirələr keçiriləcək, məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Bütün bunlar regionda süni intellekt və verilənlər elminin inkişaf perspektivləri barədə yeni ideyaların formalaşmasına kömək edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elçin Babayev: BDU-da Süni intellekt etikası kafedrası yaradılıb

16-10-2025

BDU və “Codelandia” arasında əməkdaşlıq memorandumu imzalanıb

07-03-2025

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025

İsrailli nümayəndə: Süni intellektlə bağlı yeni iş imkanları yaranacaq

16-10-2025

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025

Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb

25-12-2025

BDU-da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06-08-2025

BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb

06-05-2026

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

11-04-2025

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025

Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı keçirilir

28-10-2025

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

Mühəndislikdə müasir texnologiyalar, süni intellekt müzakirə olunub

17-02-2025

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026

ADA Universitetində Big Data Day Baku 2019 forumu keçirilib

12-06-2019

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

BDU-da süni intellekt mövzusunda elmi sessiya keçirilib

12-03-2025

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

BDU-da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

19-09-2025

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

BDU tələbələri üçün süni intellekt təlimi keçiriləcək

01-10-2025

BDU ilə COMSTECH arasında əməkdaşlıq əlaqələri qurulur

17-03-2025

Rəqəmsallaşma və sosial informasiyanın inkişafı müzakirə olunub

11-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə