Previous Next
Bağla

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017 15:37
Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

Test imtahanlarının ləğvi yenidən gündəmə gəlib. Belə ki, günlərdir mediada Dövlət İmtaha Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadənin buraxılış və qəbul imtahanlarında yeni model tətbiq edilməsi ilə bağlı çıxışı ətrafında müzakirələr davam edir.

“Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir".

Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının (kurikulum) tətbiqi ilə bağlıdır:

"Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daim həyata keçirilir".

M.Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib:

"Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq". (Report) 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

29-08-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Magistraturaya qəbul imtahanlarının elektron formata keçirilə bilər

24-04-2025

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

26-05-2016

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025

DİM-in Direktorlar Şurasının ilk iclası keçiriləcək

20-04-2016

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17-03-2023

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016

Məleykə Abbaszadə DİM-də ixtisarların aparıla biləcəyindən danışıb

25-04-2016

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017

“Dövlət qulluğunda İT üzrə savadlı kadrlara ehtiyac var”

19-06-2017

“Bu il qəbul qaydalarında heç bir dəyişiklik olmayacaq”

10-05-2016

Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16-07-2025

Məleykə Abbaszadə: DİM-in markerlərinin sayı artırıla bilər

21-12-2022

DİM-in Direktorlar Şurasının növbəti iclası keçirilib

30-11-2016

DİM-in yeni saytı və Facebook səhifəsi istifadəyə veriləcək

22-04-2016

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

DİM British Council ilə əməkdaşlığa başladı

23-09-2016

Dövlət İmtahan Mərkəzinin Direktor Şurasına üzvlər təyin olunub

20-04-2016

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019

“DİM-in yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

12-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə