Previous Next
Bağla

Qlobal İnfluenser Günü-nün proqramı açıqlandı

19-10-2018 17:30
Qlobal İnfluenser Günü-nün proqramı açıqlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində baş tutacaq "Qlobal İnfluenser Günü" ("Global İnfluencer Day") tədbirin proqramı bəlli oldu.
 
Xeberler.az  bildirir ki, ilk olaraq, "Qlobal İnfluenser Günü"nün təşkilatçıları – "Keepface DMCC" və "FA International Trade Events" – oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş 26 oktyabr saat 11:00-da "Qafqaz City Hotel"-də baş tutacaq.
 
Əsas tədbirlər isə oktyabr 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək.
 
Tədbiri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə açacaq. Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı, süni intellekt sahibi, robot "Sofiya" səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra "Sofiya" suallara cavab verəcək.
 
10:35-də "Keepface" qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.
 
Saat 11:00-dan etibarən tədbir iki paralel panellərdə işini davam etdirəcək. Birinci paneldə İnfluenser Marketinqlə maraqlananlar "Google" təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, "Forbes" jurnalının 10 top sosial media influenser siyahısında yer alan, avstraliyalı Ceff Bullas, Olena Dobrenskaya ("Vouge"), Tuqra Şükürova ("ADA") və Alper Çelenin çıxışlarını dinləmək imkanı əldə edəcəklər.
 
Data marketinqlə maraqlananlar isə paralel keçirilən ikinci paneldə "Booking.com"-dan Villem İsburker, Ehsan Cahandarpur ("Forbes Top 20 Growth Hacker"), Aytul Ercil ("Vispera"), Aytəkin Əliyeva ("Facebook") və Mövlan Paşayevin ("PwC") təqdimatları ilə tanış olacaqlar.
 
Saat 14:00-dan etibarən "Global İnfluencer Day" iki yeni və paralel keçirilən panellə işini davam edəcək. 16:30-a qədər dinləyiciləri Səyahət İnfluenserləri paneli, Dəb İnfluenserləri paneli, Kulinariya İnfluenserləri paneli, Startap və İnvestorlar panellərində maraqlı çıxışlar gözləyir. Həsən Cabbarov ("Paym.es"), Ömer Gurkan ("ETİB"), Orxan İsayev ("Dünya E-kommersiya Forumu"), Aleks Sudadze iştirakçılara elektron kommersiya və blokçeyn barədə məlumatlandırandan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən "Keepface 3.0" layihəsini təqdim edəcəklər, sonda isə Samir Nuriyevin moderatorluq edəcəyi Blokçeyn paneli baş tutacaq.
 
Saat 17:00-da influenserlərin mükafatlandırma mərasimi başlanacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar. "Global İnfluencer Day" 28 oktyabrda "ADA" Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.
 
Qeyd edək ki, tədbirə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, "İnnovasiya Həftəsi", AMCHAM, Azərbaycan Konqreslər Bürosu, "ADA" Universiteti, CAMCA və CELA şəbəkələri, "Leo Burnet", "Mediamark", "Canvas", "Times Consulting", "Cinema Plus", "Marklab", "Adzone", "Alibayov Kommunikasiya və Konsaltinq", "Air Group", "Oxus", "Sereda Travel", "Azex" təşkilati dəstək göstərirlər.
 
"Global İnfluencer Day"-in baş tutması baş sponsor "Gilan Holding", bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru "Azercell" və digər sponsorlar "Astrolabs", "Vita1000", "iTicket.az", "Vitam", "SOCAR AQS", "Zeytun Bağları", "Qafqaz Hotels and Resorts", "pwc", "Sat Group", "Mars Academy", "Roof Academy", "Barattson", "Paym.es", "Prima.az" ilə mümkün olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google,Forbes və Facebook-un nümayəndələri Azərbaycana gəlir

16-10-2018

Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

27-10-2018

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək

29-09-2018

Sabah brend sahibləri ilə influencer-lər görüşəcək

29-09-2017

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018

Azərbaycan kriptovalyuta bazarına yeni rəqəmsal pul çıxaracaq

26-10-2018

Məşhur robot Sophia Bakıya gəlir

30-07-2018

Influencer Day-də nələr olacaq?

19-09-2017

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Bakıda keçirilən İnfluencer Day-də nələr oldu?-Foto

02-10-2017

NRYTN “Global Game Jam Next” tədbirini keçirəcək

08-07-2020

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019

“Azərbaycan İnnovasiya Mükafatı”nı qazanmaq istəyənlər üçün müraciətlərin qəbuluna başlandı

26-08-2020

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

21-08-2017

Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İnnovasiyalar həftəsi olacaq

26-10-2018

Beynəlxalq İnformatika Olimpiadasına start verilib

05-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə