Previous Next
Bağla

Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

26-09-2018 14:52
Azərbaycanda ilk dəfə beynəlxalq İnnovasiyalar həftəsi keçiriləcək

Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Xeberler.az  məlumat verir ki, bu barədə Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov deyib.

Bildirilib ki, oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək "Qlobal İnfluenser Günü" maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi,  "Sofiya" Azərbaycana gələcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov qeyd edib ki, "İnnovasiyalar həftəsi" çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, "Keepface", "Microsoft" və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

"İnnovasiyalar həftəsi"ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft" şirkətinin təşkil etdiyi "dəyirmi masa"da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək. Turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. Həmçinin döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Google,Forbes və Facebook-un nümayəndələri Azərbaycana gəlir

16-10-2018

Azərbaycan kriptovalyuta bazarına yeni rəqəmsal pul çıxaracaq

26-10-2018

Ağıllı robot Azərbaycan milli geyimini geyinəcək

29-09-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

Robo Futbol turniri təşkil olunacaq

22-10-2018

İnnovasiyalar həftəsi olacaq

26-10-2018

“World Net Summit” beynəlxalq onlayn konfransında Selcuk Bayraktar çıxış edəcək

18-12-2020

Bakıda InnoWeek – İnnovasiya həftəsi keçiriləcək

14-10-2019

Kiber idman turnirinə qeydiyyat başlanır

11-10-2018

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018

Azercell-in dəstəklədiyi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində maraqlı tədbirlər gözlənilir

12-12-2020

Azərbaycan startapçıları üçün yeni investisiya mənbəyi

29-10-2018

“İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib

24-10-2019

Azərbaycan komandası Dünya Robot Olimpiadasında iştirak edəcək

19-10-2019

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020

İnnovasiya həftəsi çərçivəsində Eurasia Innovation Day keçirilir

23-10-2019

Azerbaijan Digital HUB Eurasia İnnovation Day tədbirində təqdim olunub

24-10-2019

Azercell İlin innovasiya tədbiri nominasiyasında qalib gəlib

25-10-2019

Qlobal İnfluenser Günü-nün proqramı açıqlandı

19-10-2018

INNOLAND İlin innovasiya ekosistemi təmsilçisi seçilib

24-10-2019

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər

23-09-2020

Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə