Previous Next
Bağla

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018 13:53
Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının
reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə İdeyadan
Biznesə layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir.
Növbəti startap turu Quba şəhərində keçiriləcək. Tədbir 8 iyun 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Heydər Əliyev Mərkəzində keçiriləcək.

Xeberler.az bildirir ki, Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Microsoft şirkətinin təşkilatçı, Azercell şirkətinin və Cavan Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turlarında iştirak etmək üçün http://www.i2b.az saytında qeydiyyatdan keçmək zəruridir.

Quba şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər.

Startap turu çərçivəsində Qubaya 1 günlük səfər planlaşdırılır. Səfər zamanı
informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən
təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik
biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər Quba üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.

Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin
sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü Bakutel Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi- Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes
layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə
startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.

Turların ətraf rayon və şəhərləri də əhatə etməklə, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt
və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, startap turları Mingəçevir və Lənkəran şəhərində keçirilib və qaliblər
müəyyənləşib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Növbəti startap turu Lənkəranda keçiriləcək

16-05-2018

İdeyadan Biznesə startap turunun Quba üzrə qalibi müəyyənləşdi

08-06-2018

Növbəti startap turu Sumqayıtda keçiriləcək

19-09-2018

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

İdeyadan biznesə startap turları başlayır

15-09-2018

İ2B – İdeyadan Biznesə platforması 2020-ci ildə də davam etdiriləcək

12-02-2020

Növbəti InnoCamp-ın keçiriləcəyi məkan açıqlanıb

03-08-2019

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

İdeyadan Biznesə startap turunun Naxçıvan şəhəri üzrə qalibləri seçilib

12-10-2018

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019

İnnocamp innovasiya yay düşərgəsinə hazırlıqlar başlayıb

27-08-2019

Sumqayıtın ən innovativ startap layihələri bəlli olub

22-09-2018

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018

İ2B – İdeyadan Biznesə layihəsinin qalibləri müəyyən olunub

19-10-2019

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə