Previous Next
Bağla

Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

21-08-2017 14:54
Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

Tanınmış startapçılarımız regionda ilk dəfə olaraq Bakıda sentyabrın 30-da Dreamland-də “Influencer Day Baku” tədbiri keçirəcək.

Xeberler.az-ın məlumatına görə, tədbirdə “Sosial Eranın marketinq texnologiyaları”, “ Data marketing”, “MarTech” investisiyaları müzakirə olunacaq və qonaqlara Mərkəzi Avrasiya regionunda fəaliyyət göstərən "Keepface Influencer Marketing" platforması təqdim olunacaq.

Tədbirdə 150 nəfər xüsusi dəvət olunmuş top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri, investorlar və seçilmiş ictimai xadimlər iştirak edəcək. Əlavə olaraq, tədbirə ABŞ-dan spiker cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, Keepface platforması sektorda yaxından tanıdığımız Vaqif Abbasov və Elşad Yusifli tərəfindən yaradılıb.

Bu yaxınlarda şirkət Dubayda fəaliyyətə başladı. Belə ki, şirkət bundan sonra Dubay şirkəti olaraq xidmət göstərəcək.

Influencer Marketing nədir?

Məlumdur ki, hazırda sosial media həyatımızın ayrılmaz bir parçasına çevrilib. Azərbaycan əhalisinin üçdəbiri aktiv olaraq sosial media istifadəçisidir. Sosial medianın əsas elementi kontentdir və hər gün istifadəçilər yüzlərlə yeni kontentlə qarşılaşırlar. Məhz maraqlı və istifadəçiyə faydalı kontent izlənir, paylaşılır və bu kontenti yaradanlar yeni izləyici kütləsi əldə edirlər. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar. Influencer-lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrində inlfuencer-ləri cəlb etməklə ciddi uğurlar qazanırlar.

Keepface dədünyada trend marketinq strategiyası sayılan "Influencer Marketing"i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər. Keepface istifadəçiləri brendlər platforma üzərindən influencer-lərin göstəricilərini analiz edə, onlarla kommunikasiya qura və sifariş verə bilirlər.

Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

Tədbirdə iştrak yalnız xüsusi dəvətnamə ilə mümkün olacaq.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Influencer Marketing bazarının həcmi 1,5 milyarda çatdı

21-02-2018

Influencer Day-də nələr olacaq?

19-09-2017

Sabah brend sahibləri ilə influencer-lər görüşəcək

29-09-2017

Yerli startapımız Türkiyədə də xidmətə başladı

25-12-2017

Keepface Gürcüstan bazarında fəaliyyətə başladı

03-04-2017

Sosial mediadan pul qazanmaq üçün daha bir imkan- Keepface

08-01-2016

Yerli startap komandamız Dubayda fəaliyyətə başladı- Foto

24-07-2017

Bakıda keçirilən İnfluencer Day-də nələr oldu?-Foto

02-10-2017

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013

Yerli startapımız Dubayda investisiya aldı

24-01-2018

Məşhur robot Sophia Bakıya gəlir

30-07-2018

Azercell Global İnfluencer Day tədbirinin GSM sponsorudur

27-10-2018

Startapımızın xaricdən aldığı investisiyanın məbləği açıqlandı-ÖZƏL

25-01-2018

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Azərbaycan kriptovalyuta bazarına yeni rəqəmsal pul çıxaracaq

26-10-2018

Rəqəmsal marketinq üzrə konfrans keçiriləcək

30-09-2015

Qlobal İnfluenser Günü-nün proqramı açıqlandı

19-10-2018

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

Rəqəmsal marketinq üzrə təlimlər başlayıb

09-09-2015

SUP startapları investorlara layihələrini təqdim edir

14-05-2016

Növbəti Rəqəmsal Marketinq Konfransı keçiriləcək

11-10-2017

“ASAN İnnovativ İnkişaf Mərkəzi”nə yeni rəhbər təyin edilib

16-05-2023

Sabah Bakıda 2-ci rəqəmsal marketinq konfransı keçiriləcək

04-11-2016

Bakıda Bitcoin Pizza Day keçirilib-Foto

23-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə