Previous Next
Bağla

Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

18-12-2018 17:41
Lenovo ilk blokçeyn layihəsini təqdim etdi

“Lenovo” və “Nutanix Lenovo” ThinkAgile HX7820 Appliance platformasına qurulan və “Nutanix Acropolis” virtuallaşma platforması ilə çalışan dünyada öz ilk blokçeyn layihəsini təqdim etdi.

Xeberler.az  bildirir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Blokçeyn Konfransında “Lenovo” və “Nutanix” şirkətləri bir çox bank reyestrini birləşdirən blokçeyn texnologiyası əsasında “Fərdi İdentifikasiya Sistemi” üçün birgə həyata keçirilən dünya üzrə ilk dəfə olaraq öz platforma layihəsini təqdim etdilər.

Təqdim edilən həll üsulu, maliyyə təşkilatlarına “Lenovo-Nutanix”in infrastrukturuna malik məlumat mərkəzləri əsasında paylanmış hesablama yaratmağı və gələcəkdə istənilən vaxt resursları asanlıqla artırmaq imkanı verir. Bu üsul, yeni nəsil Intel Xeon Skylake prosessorları üzərində işləyən “Lenovo” ThinkAgile HX7820 Appliance platformasından istifadə edir, virtuallaşdırma platforması qismində isə “Nutanix”in Acropolis həlli seçilib. Bu həll üsulu vasitəsilə maliyyə qurumu real vaxt rejimində əməliyyatları idarə edə biləcək. Məsələn, bank hesablarının onlayn açılması və s.

Konfransa qatılan 240-dan çox iştirakçı qarşısında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Lenovo Global Technology-nin Rusiya və MDB üzrə Baş direktoru Dmitri Parşin çıxış etdilər.

Blokçeyn texnologiyaları haqqında tədbir iştirakçılarına “AzIntelecom” MMC-nin Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev, Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin  direktoru Fərid Osmanov, Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumatların İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov və Lenovo Qlobal Biznes İnkişafı üzrə direktoru doktor Con O'şi danışdı.

“Blockchain-as-a-Service” deyilən bulud xidmətlərinin təqdim edilməsi məqsədilə biz Azərbaycan Mərkəzi Bankının blokçeyn layihəsi üçün yaratdığımız arxitekturadan istifadə edəcəyik.

Azərbaycanın ilk blokçeyn startaplarından biri (IQREX.com) artıq bizim platformaya keçib və biz bu seqment üzrə ölkədə ilk kommersiya sifarişçisini qazandıq”, – deyə Lenovo şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri Rasim Bəxşi bildirdi.

“Nutanix”in qabaqcıl texnologiyaları, intellektual çoxbuludlu əməliyyat sistemi, süni intellekt və “əşyaların interneti” üçün həll üsulları haqqında “Nutanix” şirkətinin qabaqcıl texnologiyalar üzrə direktoru Maksim Şapoşnikov və Nutanix şirkətinin Rusiya, MDB ölkələri, Şərqi Avropa və Türkiyədə OEM-alyanslar üzrə direktoru Piter Meycer danışdı.

Tədbirin rəsmi hissəsini Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli tamamladı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Intel, Nutanix və Lenovo şirkətinin birgə konfransı keçirilib

18-07-2018

Lenovo Global Technology Azərbaycanda törəmə şirkət təsis edib

23-10-2019

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Texnologiya nəhəngləri Bakıda toplaşıb-Foto

20-12-2017

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Delta Telecom yeni portal istifadəyə verir

18-09-2017

Bakıda keçirilən “Lenovo Günü” çərçivəsində İT bazarının tendensiyaları müzakirə edilib

19-12-2023

İT şirkətimiz Lenovo-nun yüksək statusuna layiq görüldü

18-09-2017

SİM kartsız işləyən ilk smartfon təqdim edilib

15-10-2018

Nazirlik rəsmisi: Blokçeyn texnologiyalarından istifadə artdıqca bu sahə tənzimlənəcək

12-03-2019

AzerTelecom şirkətinin rəhbər şəxsləri Global İnfluencer Day tədbirinin spikeri və moderatoru olub

02-11-2018

Delta Telecom yüksək statusa layiq görülüb-Foto

03-10-2016

“Gələcək üçün öyrən: Blokçeyn, Veb3 və Təhsil” mövzusunda 4SİM Talks tədbiri keçirilib

07-06-2024

Blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

11-09-2024

Draguilov: Blokçeyn məlumatların etibarlılığını artırılması üçün effektivdir

30-09-2025

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019

Bakıda "Lenovo Day 2025" İT Forumu keçirilib

05-12-2025

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Blockchain Bitcoin Conference Baku tədbirində bu mövzuya toxunulacaq

30-08-2018

Blokçeyn texnologiyaların tətbiqi müzakirə edilib

19-05-2018

Sığorta bazarında blokçeyn texnologiyalar tətbiq ediləcək

30-11-2022

Bakcell blokçeyn texnologiyası üzrə təlim keçirib

31-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə