Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “QoldenPey” ASC 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
Xeberler.az bildirir ki, 2011-ci ilin aprel ayında “QoldenPey” ASC Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Yenə yarandığı gündən etibarən həm maliyyə baxımından, həm xidmətlər və istifadəçi sayı olaraq da müsbət bir artım tempi izləmişdir. 2018-ci ildə qeydiyyatlı 395 mindən çox istifadəçi sayı artıq 2019-ci ildə 497 minə kimi yüksəlmişdir. 2018-ci il ilə müqayisədə 2019-cu ildə qeydiyyatlı istifadəçi sayı 21% artmışdır.Hazırda isə qeydiyyatlı 530 mindən çox yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişdir.
Rəqəmlərdən də göründüyü kimi say etibariylə ciddi artım nəzərə çarpır. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur.
“QoldenPey” ASC-nin 2019-cu il maliyyə nəticələrində əvvəlki il ilə müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2019-cu ilin ümumi dövriyyəsi 267,703,260 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37% artmım deməkdir (2018: 196,052,079 manat). 2019-cu ilin gəlirləri 4,032,834 manat olmuşdur və əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2018: 3,057,148 manat). 2019-cu ilin xalis mənfəəti 323,447 manat olmuşdur və bunla da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1054% artım olduğu görünür (2018: 33,911 manat zərər).
2019-cu il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 2,310,611 manat təşkil etmişdir.
Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37% artmışdır (2018: 1,682,055 manat) və 2019-cu il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 341,676 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1774% artmışdır (2018: 18,229 manat).
2018-ci ilin nəticələrində əks olunan marketinq və məhsulların inkişafı üçün sərf edilən maliyyə vəsaitlərinin Hesab.az-ın 2019-cu il maliyyə nəticələrinin daha da artmasında və istifadəçi saylarındakı böyük artımda özünü ciddi şəkildə biruzə verdi. Şirkətin ümumi fəaliyyət strategiyası və mövcud bazarda lider olmağa doğru irəliləməsi üçün hazırlanan inkişaf planı hər ilki maliyyə nəticələrində düzgün planlama olduğunu bir daha sübut etmiş olur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri