Previous Next
Bağla

GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!

03-04-2024 14:19
GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!


Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2023-cü il üzrə maliyyə və digər göstəricilərini açıqlayıb. GoldenPay şirkətinin idarə heyətinin sədri – Eynar Abdullayevdən aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 17-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Belə ki, şirkətin 2023-cü il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2023-cü ilin ümumi dövriyyəsi 712,963,853 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14.2% artmışdır (2022: 624,049,576 manat), 2023-cü ilin gəlirləri 13,086,027 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 17.3% artmışdır (2022: 11,155,208 manat) və 2023-cü ilin xalis mənfəəti 2,196,775 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2.3% artmışdır (2022: 2,147,517 manat).

2023-cü il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 8,715,260 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31.5% artmışdır (2022: 6,625,556 manat) və 2023-cü il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 6,811,875 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 47.6% artmışdır (2022: 4,615,100 manat).

Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2022-ci ildə 710 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2023-cü ildə bu rəqəm 770 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 9% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 780 mindən çoxdur.

14 Aprel tarixində yaradılışının 13-cü ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.

Qeyd edək ki, şirkətdən aldığımız məlumata əsasən, 2024-cü ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı mövqeyinin saxlanılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

QoldenPey ötən il 11 milyondan çox gəlir əldə edib

25-04-2023

GoldenPay şirkətinin maliyə göstəriciləri açıqlandı!

20-04-2022

“QoldenPey” ASC 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb

30-04-2021

“QoldenPey” ASC 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib

08-05-2020

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025

Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım

26-12-2023

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

23-02-2024

“AzInTelecom” maliyyə göstəricilərini açıqlayıb

09-01-2025

"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

11-05-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025

"Azərkosmos"un mənfəəti kəskin azalıb

18-04-2023

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

"Bestcomp Group" 2024-cü ili 26 347 manat xalis mənfəətlə başa vurub

08-11-2025

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

07-02-2025

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019

“Azərpoçt”un gəlirləri bu ilin birinci yarısında 3 faiz artıb

25-07-2023

İKT sektoru üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri artıb

15-12-2025

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

Yelo Bank-ın əmanət və kredit portfelləri yarım milyardı ötdü  

25-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə