Previous Next
Bağla

GoldenPay şirkətinin maliyə göstəriciləri açıqlandı!

20-04-2022 16:00
GoldenPay şirkətinin maliyə göstəriciləri açıqlandı!

Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2021-ci il üzrə maliyə və digər göstəricilərini açıqlayıb. GoldenPay şirkətinin idarə heyətinin sədri – Naina Mehdiyevadan aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 15-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Xeberler.az bildirir ki, şirkətin 2021-ci il üzrə ümumi dövriyyəsi 494,932,551 manat olmuşdur ki, bu rəqəm əvvəlki ilin analoji dövrü (2020: 348,410,896 manat) ilə müqayisədə 42% artım olduğunu əks etdirir. 2021-ci ilin gəlirləri 8,396,901 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrünə (2020: 5,310,165 manat) nisbətən 58% artım olduğunu göstərir. 2021-ci ilin xalis mənfəəti isə, 1,410,834 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü (2020: 715,073 manat) ilə müqayisədə 97% daha çox olmuşdur.

2021-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 4,158,827 manat təşkil etmişdir. Bu göstərici 2020-ci il ilə müqayisədə (2020: 3,019,964 manat) 38% artmışdır və 2021-ci il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 2,467,583 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin göstəricisi (2020: 1,056,749 manat) ilə müqayisədə 134% artmışdır.

Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2020-ci ildə 614 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2021-ci ildə bu rəqəm 688 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 12% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 700 mindən çoxdur.

14 Aprel tarixində yaradılışının 11-ci ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur.

Qeyd edək ki, şirkətdən aldığımız məlumata əsasən, 2022-ci ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı lider mövqeyinin saxlanılması nəzərdə tutulur.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!

GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!

03-04-2024
 QoldenPey ötən il 11 milyondan çox gəlir əldə edib

QoldenPey ötən il 11 milyondan çox gəlir əldə edib

25-04-2023
“QoldenPey” ASC 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb

“QoldenPey” ASC 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb

30-04-2021
“QoldenPey” ASC 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib

“QoldenPey” ASC 2019-cu il üzrə maliyyə hesabatını təqdim edib

08-05-2020
"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023
Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022
“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023
Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat gəlir əldə edib

30-08-2022
"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

11-05-2023
"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

"Azərpoçt" 2024-cü ili 73,5 milyon manat xalis mənfəətlə başa vurub

07-02-2025
Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

Dövlət Radiotezliklər İdarəsinin xalis mənfəəti 81 faiz artıb

11-07-2023
“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

“Aztelekom”un xalis zərəri 2 dəfədən çox artıb

23-02-2024
"Azərkosmos"un mənfəəti kəskin azalıb

"Azərkosmos"un mənfəəti kəskin azalıb

18-04-2023
“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

“Azərpoçt” yenidən mənfəətlə işləməyə başlayıb

18-07-2023
«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022
"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

"Azərkosmos"un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

02-09-2025
Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025
Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018
Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019
“Azercell Telecom”un mənfəəti artıb

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020
Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019
Azərmarka-nın zərəri 20 dəfə artıb

Azərmarka-nın zərəri 20 dəfə artıb

03-01-2019
Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

04-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə