Previous Next
Bağla

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019 16:57
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, həmçinin internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə yeni, müasir avadanlıqlar quraşdırılıb.

Xeberler.az Azərtac-a istinadən xəbər verir ki, “Aztelekom” MMC tərəfindən Qusar rayonunun indiyədək telefonlaşmayan Aşağı İmamqulu kəndində quraşdırılan 160 nömrəlik yeni elektron ATS yaxın günlərdə istifadəyə veriləcək. Elektron ATS-ə 4 min 500 metr uzunluğunda fiber-optik kabel çəkilir. Yeni ATS vasitəsilə qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa ATS-in tutumu 512 nömrəyədək artırılacaq.

Bundan başqa, rayon mərkəzi elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndində 100 nömrəlik, Samur kəndinə isə 80 nömrəlik daxili xətt şəbəkəsi qurulub.

Əcəxur kəndinə 1600 metrlik fiber-optik kabel çəkilərək yeni 32 nömrəlik mini ATS istifadəyə verilib. Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.

İnternetin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şəhər və kənd elektron ATS-lərində istismara yararsız köhnə avadanlıqlar müasir tipli “Juniper” avadanlıqları ilə əvəz olunub. Ümumilikdə ötən bir il ərzində Qusar şəhərində və kəndlərdə 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb. İnternetin keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub.

Şəhər sahəsində ümumilikdə 15 kilometr, kənd sahəsində isə 21 kilometrlik xətlər təmir olunub və 461 yeni dirək basdırılıb.

“Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov bildirib ki, şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı, MMC regionlarda paralel olaraq bir sıra vacib layihələr həyata keçirir. İndiyədək telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub. Bu istiqamətdə işlər digər bölgələrdə də davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qusarın Cibir kəndində müasir ATS-in açılışı olub

19-01-2011

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015

Aztelekom kənd ATS-lərində fiber-optik kabel çəkilişini həyata keçirir

14-03-2012

Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

27-07-2015

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009

“Aztelekom” İB yeni rabitə obyektləri istifadəyə verib

05-12-2008

Neftçalada yeni elektron ATS istifadəyə verilib

30-12-2008

Daşkəsəndə bütün ATS-lər elektronlaşdırılacaq

25-02-2009

Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

04-12-2009

Azərbaycanda bir sıra yeni rabitə obyektləri istifadəyə verilib

14-11-2010

Göyçayın 18 kəndində ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulub

30-01-2011

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015

Zaqatalada nə qədər internet istifadəçisi var?

11-12-2017

BTRİB 74 saylı ATS-in abunəçilərinin elektron xəttə keçirilməsi üzrə işlərə başlayır

18-12-2009

Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

23-07-2020

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

20-11-2008

Aztelekom İstehsalat Birliyi respublikanın 35 kənd ATS-də optik-lif xətlərin çəkilişi üzrə işləri başa çatdırıb.

12-11-2010

Gəncədə yeni ATS istifadəyə verilib

27-12-2010

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021

Gəncədə 5 yeni ATS inşa olunacaq

27-02-2009

Tovuzda ATS-lərin tutumu genişləndirilir

15-07-2009

Sabirabadda rabitə xidmətinin səviyyəsi yüksəlib

22-01-2009

İKT sektoruna 158.3 milyon investisiya yatırılıb

16-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə