Previous Next
Bağla

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021 13:29
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti layihə Zaqatala rayonunda icra olunub. Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Zaqatalada əhatə dairəsini genişləndirib. Məqsəd əhali, müəssisə və təşkilatlara göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Xeberler.az bildirir ki, Zaqatalada mərkəzi xətt şəbəkəsi təmir edilərək müasir tələblər səviyyəsinə çatdırılıb, kabel-kanal sistemi texniki normalara gətirilib, köhnə dirəklər bərpa edilib, sıradan çıxmış dirəklər isə yeniləri ilə əvəz olunub. Eyni zamanda, əhalinin telefon və internet tələbatını ödəmək məqsədilə Uzunqazmalar, Danaçı, Aşağı Tala, Gözbarax, Lahıc kəndlərində texniki işlər aparılmaqla rabitə avadanlıqlarının tutumu artırılıb.

Rayonun Suvagil kəndində əhali sayının artması və yeni yaşayış evlərinin tikilməsi
nəticəsində kəndin ərazisi kifayət qədər genişlənib. Kənd əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq, “Aztelekom” tərəfindən 384 ailənin mənzilinə və əraziyə telekommunikasiya xidmətlərindən istifadə etmək üçün müasir avadanlıq quraşdırılıb. Sakinlərin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib.

Son bir ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən həlli vacib bir sıra işlər görülüb, mərhələli şəkildə infrastruktur layihələri həyata keçirilib. Nəticədə rayonlar üzrə rabitə şəbəkəsinin genişləndirilməsi işləri aparılıb, həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilib. Şəbəkə infrastrukturunun yenidən qurulması ilə yanaşı, regionlarda paralel olaraq indiyədək telefonlaşmayan, çətin coğrafi zonalarda yerləşən ərazilərdə də yeni elektron ATS-lər qurulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019

Bir sıra rayonlarda yeni Elektron ATS-lər quraşdırılıb

28-07-2020

Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

23-07-2020

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib

09-07-2020

Zaqatalada nə qədər internet istifadəçisi var?

11-12-2017

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020

Azərbaycanın dövlət rabitə operatoru magistral xətt şəbəkəsini yeniləyir

09-07-2020

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

15-07-2019

“Aztelekom” fasiləsiz iş rejimində çalışır

16-04-2020

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

Naxçıvanın kabel infrastrukturu yenilənir

05-10-2020

Zaqatalada müasir tələblərə uyğun infrastruktur qurulub

22-09-2015

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009

Karantin günlərində “Aztelekom” və “Baktelecom” fəaliyyətini davam etdirəcək

13-06-2020

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

23-10-2019

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

Nazirlik simsiz rabitə texnologiyası istifadəyə verdi

29-03-2018

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015

Göyçayın 18 kəndində ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulub

30-01-2011

Çocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olunub-Foto

21-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə