“Bütün dünyadakı azərbaycanlılar üçün ümumi, ortaq informasiya mühiti formalaşmalıdır. İlk əvvəl isə dünya azərbaycanlılarının gənc nəslinin formalaşması üçün Təhsil Nazirliyi sistemində olan dərsliklərin elektron versiyalarından ibarət “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların böyük əksəriyyəti övladlarının Azərbaycan dilində təhsil almasını arzulayır.
Həmin problemin daha çevik həlli yolu isə “Virtual Azərbaycan Orta Məktəbi”nin yaradılmasıdır: “Bu mütərəqqi ideyanın gerçəkləşdirilməsi zamandan, məkandan, siyasi şəraitdən asılı olmadan dünyanın istənilən nöqtəsində məskunlaşmış azərbaycanlılara ana dilində yazıb-oxumaq, ölkənin ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradar. Təhsil Nazirliyi tərəfindən nəşr olunan bütün orta məktəb dərsliklərinin, metodiki tədris vəsaitlərinin və proqramlarının elektron versiyalarının “Virtual Azərbaycan Orta Məktəbi”nin veb-portalında yerləşdirilməsi bu problemlərin həlli baxımından çox əhəmiyyətli ola bilər. Bu layihənin reallaşdırılması, müasir dünyada geniş yayılmış distant təhsil formalarından istifadə edilməsi xaricdəki soydaşlarımızın ana dilində təhsil almasına mühüm töhfə verə bilər”.
R. Əliquliyev bildirib ki, layihənin davamı olaraq “Virtual Azərbaycan Ali Məktəbi” də yaradıla bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri