Previous Next
Bağla

“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub

29-11-2010 07:45
“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub

Almaniyanın Frankfurt şəhərində keçirilən «The Westin Grand» otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi işini davam etdirib. Tədbirin ikinci günü “Virtual həftə sonu məktəbi»nin təqdimatı ilə başlayıb.

Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib. “Virtual həftə sonu məktəbi» barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.

\"Virtual həftə sonu məktəbi\" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçıları bilgiləndiriblər. Bildirilib ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür. Qeyd olunub ki, bu bölmə digər bölmələrdən daha genişdir və burada əyani vəsaitlərdən daha çox istifadə edilib. Azərbaycan ədəbiyyatı bölməsində Azərbaycanın yazılı və şifahi ədəbiyyatı, xalqımızın əsrarəngiz ədəbi nümunələri, dünya miqyasında şöhrət qazanmış görkəmli şair və yazıçılarının əsərləri, klassik ədəbiyyatımızın korifeyləri, onların həyat və yaradıcılığı barədə məlumat yerləşdirilib. Bu bölmədə, həmçinin şifahi xalq ədəbiyyatının ən sanballı nümunələri ilə də tanış olmaq mümkündür.

Layihənin üstünlüyü ondadır ki, burada mövzuları video və audio vasitələrdən istifadə edərək mənimsəmək imkanı var. Bundan başqa mövzulara uyğun əyani vəsaitlər, foto, video və audio materiallar yerləşdirilmişdir. Saytda müvafiq mövzulara dair web-saytlara keçidlər də verilib. Məktəbin vəsaitlərindən istifadə etmək üçün buraya üzv olmaq vacib şərt deyil. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və “online” imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır. Konqresin işi növbəti panellərlə davam edir. Tədbir bu gün yekun sənədlərin qəbulu ilə başa çatacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq

23-11-2010

Rasim Əliquliyev: “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”

08-01-2009

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009

“Virtual Rinq” televiktorinasının yeni mövsümü başlayır

07-02-2009

“İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirilir

19-02-2009

Qırğızıstandakı səfirliyimiz internet sayt açıb

27-02-2013

“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009

Bölgələrdə kompüter biliklərinin artırılması üçün xüsusi proqram hazırlanmışdır

08-10-2008

Rabitəçilər “Virtual rinq”də

15-11-2010

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

“Azdrama”nın yeni saytı fəaliyyətə başlayacaq

27-01-2011

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

28-11-2013

AMEA Rəyasət Heyətində Wikipedia ilə bağlı məsələ müzakirə edilib

15-01-2014

Elektron ensiklopediya işıq üzü gördü

02-12-2011

Cənubi Koreyada İT sahəsində tədris proqramını təqdim edir

12-10-2009

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009

Dövlər Sərhəd Xidmətinin saytı yaradıldı

13-04-2012

APA “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatını keçirib -

29-09-2010

Azərbaycanın ilk internet radiosu – Day.Az Radiosunun 4 yaşı tamam olur

01-03-2011

Pedaqoji Universitetin tələbələri İT üzrə təcrübə keçəcəklər

27-02-2009

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

28-01-2011

AMEA-nın akademik-katibi: “Milli-mənəvi dəyərlərin virtual məkanda təsbit olunması üçün tədbirlər görülür”

22-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə