Previous Next
Bağla

Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq

23-11-2010 05:33
Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq

Frankfurtda keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu yeni layihə barədə iştirakçılara və qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verəcək. Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.

\\\"Virtual həftə sonu məktəbi\\\" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qrammatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib.

 “Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb. // APA

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Virtual həftə sonu məktəbi”nin təqdimatı olub

29-11-2010

Rasim Əliquliyev: “Virtual Azərbaycan Orta Məktəbi” yaradılmalıdır”

08-01-2009

“İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirilir

19-02-2009

“Virtual Rinq” televiktorinasının yeni mövsümü başlayır

07-02-2009

Gənclər Kitabxanasının Veb-saytı modernləşdirilib

04-03-2009

Rabitəçilər “Virtual rinq”də

15-11-2010

APA “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində hazırladığı kitabın təqdimatını keçirib -

29-09-2010

Cənubi Koreyada İT sahəsində tədris proqramını təqdim edir

12-10-2009

“Bakutel-2013” sərgisi çərçivəsində dünya azərbaycanlılarının I Virtual konfransı keçiriləcək

28-11-2013

Qırğızıstandakı səfirliyimiz internet sayt açıb

27-02-2013

Təhsil Nazirliyində “Peşə Seçiminə Dəstək Sistemi” portalının təqdimatı olub

01-04-2013

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009

Bölgələrdə kompüter biliklərinin artırılması üçün xüsusi proqram hazırlanmışdır

08-10-2008

«Azərbaycan terminləri» portalı yaradılacaq

06-04-2009

“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009

Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

28-01-2011

“Tədqiqatların aparılmasında informasiya texnologiyalarından istifadə”

18-07-2010

Azərbaycanın ilk internet radiosu – Day.Az Radiosunun 4 yaşı tamam olur

01-03-2011

Strasburqda Azərbaycan haqqında radioveriliş yayımlanacaq

30-03-2009

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

Təhsilin informasiyalaşdırılmasında Azərbaycan təcrübəsi təqdim olunub

06-10-2009

“Azərbaycan dili və virtual məkan” adlı kitab işıq üzü görüb

25-08-2009

Pedaqoji Universitetin tələbələri İT üzrə təcrübə keçəcəklər

27-02-2009

ABŞ-da Gəncə virtual muzeyi yaradılacaq

27-02-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə