Previous Next
Bağla

Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

19-08-2016 14:42
Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

Gəncədə “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidmətinin “Elektron hökumət” portalına inteqrasiyası mövzusunda təlim keçirilib.

Xeberler.az-ın məlumatına görə, Prezident Administrasiyasının dəstəyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən hazırlanan “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” formasının idarəetmə paneli üzrə təlimdə Gəncə və ətraf rayonların 10-a yaxın icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Təlimin aparıcısı RYTN-nın Məlumat Hesablama Mərkəzinin əməkdaşı Emin Novruzov elektron xidməti haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apellyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Tərəfindən elektronlaşdırılıb. Artıq “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Emin Novruzov qeyd edib ki, RYTN tərəfindən Apellyasiya Şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya olunmasında məqsəd bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etməkdir. Həmçinin “Apellyasiya Şuralarına elektron şikayət qəbulu” xidməti ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərini elektron şəkildə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmaq mümkündür.

Sahibkarlar üçün böyük əhəmiyyət daşıyan xidmət, eyni zamanda, şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə olunmasına imkan verir. Həmçinin xidmətdən istifadə edən vətəndaş göndərmiş olduğu müraciətin icra vəziyyəti barədə məlumatı izləmək və verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanır.

Daha sonra nazirliyin mütəxəssisləri tərəfindən keçirilən təlimdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinə elektron xidmətin fəaliyyət imkanları panellər üzrə ətraflı izah olunub.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron şikayət qəbulu xidmətində yenilik

12-08-2016

Mingəçevirdə elektron şikayət qəbulu üzrə təlim keçirilib

18-08-2016

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

Portaldan daha bir yenilik

05-11-2016

Nazirlikdə Apellyasiya Şurasının ilk iclası keçirilib

16-02-2016

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Azərbaycanda yeni elektron xidmətlər istifadəyə veriləcək

23-11-2015

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

16-11-2016

Məhkəmələrə elektron müraciət etmək imkanı genişləndirilib

21-08-2024

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Azərbaycanın Elektron Xidmətlər Portalına daha bir e-xidmət əlavə edilib

06-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə