Previous Next
Bağla

Elektron şikayət qəbulu xidmətində yenilik

12-08-2016 15:39
Elektron şikayət qəbulu xidmətində yenilik

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə yaradılan Apelyasiya Şurası üzrə xidmətlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən elektronlaşdırılıb.

Artıq “Apelyasiya Şuralarına elektron  şikayət qəbulu”  xidməti “Elektron hökumət” portalına inteqrasiya olunub.

Xeberler.az-ın məlumatına görə, bu gün “Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi portala inteqrasiya edilən bu yeni elektron xidməti ictimaiyyətə təqdim edib.

Təqdimatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası katibliyinin rəhbəri Yaşar İbrahimov RYTN tərəfindən apelyasiya şuralarına şikayətlərin qəbulu prosesinin elektronlaşdırılaraq “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya olunmasını yüksək qiymətləndirib. O, bu sistemin sahibkarların müraciət imkanının daha da asanlaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov çıxış edərək ilk növbədə “Elektron hökumət” portalının uğurlu fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, hazırda portala müxtəlif qurumlardan 423 elektron xidmət inteqrasiya edilib, 8 milyonu 2016-cı ildə olmaqla, ümumilikdə 30 milyondan artıq müraciət qeydə alınıb.

E.Əsədov “Apellyasiya şuralarına elektron şikayət qəbulu” elektron xidmətinin əhəmiyyətindən danışaraq bu sistemə Prezident yanında Apelyasiya Şurası da daxil olmaqla 118 qurumun qoşulacağını diqqətə çatdırıb.

Daha sonra Nazirliyin mütəxəssisləri tərəfindən Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mütəxəssis nümayəndələrinə elektron xidmətlə bağlı təlim keçirilib.

“Apelyasiya Şuralarına elektron  şikayət qəbulu” xidməti sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinin elektron şəkildə Azərbaycan Respublikasının  mərkəzi və yerli icra hakimiyyəti orqanlarına operativ çatdırmasına xidmət edir.

Sahibkarlar üçün çox böyük əhəmiyyət daşıyan  xidmət, eyni zamanda şikayətçilərin dövlət orqanlarına müraciətinin daha da asanlaşmasına, sənədlərin elektron şəkildə təqdim edilməsinə, müraciətlərə baxılma barədə məlumatların əldə edilməsinə imkan verəcək.  Adıçəkilən xidmətdən istifadə edən vətəndaş həmçinin, göndərmiş olduğu müraciətə baxılma barədə məlumatı izləmək  və  verilən qərarı elektron formada əldə edə bilmək imkanı qazanacaq.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə elektron şikayət qəbulu üzrə təlim keçirilib

Mingəçevirdə elektron şikayət qəbulu üzrə təlim keçirilib

18-08-2016
Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

Regionlarda elektron şikayət qəbulu ilə bağlı vətəndaşlara məlumat verilir

19-08-2016
Portala 30 milyondan çox müraciət edilib

Portala 30 milyondan çox müraciət edilib

13-08-2016
Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015
ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016
Nazirlikdə  Apelyasiya Şurasının növbəti iclası keçirilib

Nazirlikdə Apelyasiya Şurasının növbəti iclası keçirilib

16-12-2016
Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017
Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017
 Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

Portaldakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb

11-04-2016
Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017
 Portala 3 yeni e-xidmət inteqrasiya olundu

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018
İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015
“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015
Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

24-01-2018
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015
E-xidmətlərin 75 faizi portala inteqrasiya edilib

E-xidmətlərin 75 faizi portala inteqrasiya edilib

14-12-2015
Portaldan daha bir yenilik

Portaldan daha bir yenilik

05-11-2016
Tələbələrə portal barədə məlumat verilib

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017
Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015
Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015
“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının iclası keçirilib

30-11-2018
Azərbaycanda yeni elektron xidmətlər istifadəyə veriləcək

Azərbaycanda yeni elektron xidmətlər istifadəyə veriləcək

23-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə