“Regionlarda mətbuatın vəziyyəti ağırdır”

06-10-2009 / 11:01

"Regionlardakı Kütləvi İnformasiya Vasitələrinin (KİV) vəziyyəti o qədərdə ürək açan deyil".

Xeberler.az bildirir ki, bu sözləri Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov açıqlamasında deyib. O bildirib ki, regionlarda əksər KİV-lər İcra Hakimiyyətinin orqanıdır. Bəzi regionlarda müstəqil KİV-lərin də olduğunu deyən MŞ sədrinin sözlərinə görə, əksər rayonlarda rayon qəzetləri mövcuddur və onlar işıq üzü görürlər.

“Məsələn Yevlaxda qəzetin tirajı 6000-dir. Heç o qədər tiraj Bakıdakı mülki qəzetlərdə yoxdur. Lakin çoxsaylı rayonlarda 1000-dən bir az çoxdur. Regionlarda işıq üzü görən qəzetlər poliqrafik baxımdan zəifdir. Yazıların keyfiyyəti daha aşağıdır. İndiki vəziyyəti biz belə qiymətləndiririk ki, regional mətbuatın vəziyyəti ağırdır”,- deyə o qeyd edib.

Ə.Amaşovun fikrincə, bu sahədə müəyyən işlərin görülməsi labüddür. O bildirib ki, bu baxımdan Dövlət Dəstəyi Konsepsiyasında region mətbuatının inkişafı ilə bağlı müəyyən məsələlər nəzərdə tutulub. Regionlarda bazar münasibətlərinin formalaşmadığını vurğulayan MŞ sədri söyləyib ki, rayonlarda əhalinin alıcılıq qabilliyyəti aşağıdır, yerli əhali qəzet alıb oxuya bilmir, buna maliyyəsi çatmır.

Onun sözlərinə görə, regionlarda fəaliyyət göstərən qəzetlər əhalinin tələbatını ödəmir. “Biz bunları nəzərə alırıq və istəyirik ki, icra hakimiyyətinin orqanı olan qəzetlər həmin icra hakimiyyətinin gücündən istifadə edib inkişaf etsinlər. Bununla yanaşı biz bölgələrdə mövcüd olan regional mətbuatın inkişafını sürətləndirməliyik ki, regional mətbuat, müstəqil mətbuat inkişaf etsin. Belə olduğu halda icra strukturlarına məxsus olan KİV-lər də yavaş-yavaş aradan çıxacaq”,- deyə Ə.Amaşov bildirib.

Dünya praktikasında qəzetlərin mərkəzdən regionlara doğru axdığını deyən MŞ sədrinin sözlərinə görə, dünyanın hər yerində regional mətbuat mərkəzə nisbətən daha inkişaf edib. O vurğulayıb ki, bununla bağlı MŞ regional mətbuatın problemi, Azərbaycan üçün regional mətbuat vacibdirmi və regional mətbuat necə olmalıdır? Dünya praktikası qonşu ölkələrin praktikası Azərbaycana şamil oluna bilərmi? və digər bu kimi sualları araşdırmağa çalışır.

O əlavə edib ki, gələn ilin əvvəlində MŞ “regional mətbuatın vəziyyəti və inkişafının yolları” adlı geniş bir tədbir keçirməyə planlaşdırır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə