Previous Next
Bağla

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019 13:15
Rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib.

Xeberler.az bildirir ki, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları, 1 kVt-lıq rəqəmli radioverici və 1x6 konfiqurasiyalı antena sistemi quraşdırılaraq istismara verilib. Nəticədə Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramının – Azərbaycan radiosu, “İctimai” FM, “Araz” FM, “Radio Anten”, “Lider” FM, “Space” FM, “Media” FM, “Xəzər” FM, “Radio Qrup” şirkəti, “Avto Radio” FM, “Asan” FM, “Azad Azərbaycan” FM-in rəqəmli test yayımına başlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılmış müvafiq radiomonitorinq işləri nəticəsində rəqəmli radio siqnalının Bakı şəhəri və Abşeron yarımadasının bütün ərazisində inamlı qəbulu müəyyən edilib.

Hazırda DAB+ standartlı rəqəmli radio FM diapazonunda yayımlanan analoq radio ilə paralel yayımlanır. Gələcəkdə Azərbaycanda DAB+ standartını dəstəkləyən radioqəbuledicilərin istifadəsi geniş yayılarsa, bölgələrdə də rəqəmli radio yayımlana bilər. Ölkəmizdə DAB+ standartlı rəqəmli radio yayımına başlanılmasına dair məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB” Forumunun məlumat bazasında və “www.worlddab.org” rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Cəmi 27 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı daxil edilib.

Qeyd edək ki, rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio proqramların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür. Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir.

Eyni zamanda, bu növ yayımın qəbuledicinin yerləşdiyi avtomobil, qatar və digər hərəkət edən obyektlərin sürətindən asılı olmayaraq radiosiqnalın əhatə dairəsinin istənilən nöqtəsində inamlı qəbul imkanı mövcuddur.

Məlumat üçün onu da bildirək ki, rəqəmli radionu məişət və avtomobillərdə qəbul etmək üçün DAB+ standartını dəstəkləyən qəbuledicilər tələb olunur. 2012-ci ildən sonra Avropada istehsal edilən avtomobillərdə DAB+ standartını dəstəkləyən radioqəbuledicilər mövcuddur. Onlara müvafiq proqram təminatı yükləməklə rəqəmli radionu qəbul etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020
Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020
Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023
MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019
Rəqəmli radionun test yayımına başlanılıb

Rəqəmli radionun test yayımına başlanılıb

27-08-2019
Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012
Avstriyada rəqəmli radionun yayımına başlanılıb

Avstriyada rəqəmli radionun yayımına başlanılıb

04-06-2015
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020
İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010
Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021
Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025
Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023
Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015
CBC radiosu Şuşada yayıma başlayıb

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021
“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016
 Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq

18-01-2015
Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018
Belarusda analoq yayım dayandırılıb

Belarusda analoq yayım dayandırılıb

15-05-2015
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016
Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək

Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək

14-02-2011
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016
“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016
Radioda FM kanal yayımı sona çatır

Radioda FM kanal yayımı sona çatır

28-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə