Azərbaycanın Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb.
Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə istinadən məlumat verir ki, Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamına uyğun olaraq, ölkə ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı icra edilməkdədir. Bu gündən Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub.
Tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib.
Beləliklə, Mərkəzi Aranda və ətraf ərazilərdə 223,936 MHs təktezlikli (SFN) rejimdə 12 radio proqramın fasiləsiz qəbulu təmin edilib.
Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radio geniş tətbiq edilməkdədir. Azərbaycanda da sözügedən Sərəncamın icrası məqsədilə bu standarta keçidlə əlaqədar tədbirlər davam etdirilir.
Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.
Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində ölkə ərazisinin 99,6 %-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur.
Bu məqsədlərə çatmaq üçün ölkə ərazisində rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hazırda “Azərpoçt” MMC-nin Bakı şəhərində fəaliyyət göstərən bir neçə poçt şöbəsində (AZ1000, AZ1001, AZ1017, AZ1073, AZ1124 və AZ1138 indeksli poçt şöbələri) müxtəlif modifikasiyalı DAB+ radioqəbuledici qurğuların satışı həyata keçirilir.
FM analoq radio yayımlarından DAB+ rəqəmsal radio yayımına keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri