Previous Next
Bağla

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020 20:34
Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) arasında Bakı və Abşeron yarımadası ərazisində həyata keçirilən DAB+ (Digital Audio Broadcasting) standartlı rəqəmli radio yayımı ilə bağlı avtomobil dilerlərinin və avtomobil istifadəçilərinin maarifləndirilməsi məsələləri müzakirə olunub.

Xeberler.az bildirir ki, “Teleradio”dan verilən məlumata görə, müzakirə zamanı rəqəmli radio yayımının üstünlükləri vurğulanaraq bildirilib ki, müasir avtomobillərin multimedia sistemləri DAB+ radio yayımını qəbul etməyə qadirdir. Lakin proqram təminatı əlavə kiçik xərc tələb etdiyindən avtomobil alıcıları bu opsiyadan imtina edir və analoq radioqəbuledici ilə kifayətlənirlər. Buna baxmayaraq müasir avtomobillərin sayı artdıqca rəqəmli radio yayımının da aktuallaşması qaçılmazdır.

Tədbir çərçivəsində tərəflər arasında ilkin razılıq əldə olunub. Razılığa əsasən, AADA DAB+ ilə bağlı Azərbaycandakı cari vəziyyətin araşdırılması üzrə iş aparacaq.

 

Həmçinin, assosiasiya həm dilerlərin, həm də istifadəçilərin adıçəkilən radioya olan tələbatlarını təhlil edərək “Teleradio” İB-nin bu istiqamətdə məlumat əldə etməsinə yardım göstərəcək.

 

“Teleradio” isə öz növbəsində DAB+ radio yayımının təbliğat materiallarının hazırlanması, yayımlanmasında informasiya və maliyyə dəstəyini təmin edəcək.

 

Qeyd edək ki, DAB+ standartlı rəqəmli radionun test yayımına Azərbaycanda ilk dəfə olaraq 26 avqust 2019-cu il tarixindən etibarən başlanıb. Bu barədə məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB” Forumunun məlumat bazasında və “www.worlddab.org” rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Belə ki, cəmi 27 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı daxil edilib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakı və Abşeronda DAB+ rəqəmli radioyayımının vəziyyəti araşdırılacaq

17-06-2020

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Rəqəmli radionun test yayımına başlanılıb

27-08-2019

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

Azərbaycan ərazisi yaxın 4 ildə tamamilə rəqəmsal radioyayımla əhatə olunacaq

13-10-2023

Mərkəzi Aran və ətraf ərazidə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb

12-03-2025

Avstriyada rəqəmli radionun yayımına başlanılıb

04-06-2015

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

26-04-2024

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Radioda FM kanal yayımı sona çatır

28-04-2015

Osman Gündüz: Rəqəmsal radio yayıma keçid nə zaman baş tutacaq?

13-12-2024

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Azərbaycan və Gürcüstan rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

01-10-2024

RTV ilə bağlı yeniliklər Bakutel-də

04-12-2015

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri görüşüb

30-08-2024

Respublika ərazisində rəqəmli yayıma keçid davam edir

23-11-2015

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Teleradio İstehsalat Birliyinin bir qrup əməkdaşı təltif edilib

16-02-2016

Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

10-01-2022

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə