Previous Next
Bağla

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016 13:32
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. H

Xeberler.az xatırladır ki, həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı.

O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya və radio yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya və radio yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib.

Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" oldu.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.
 
Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakıda Yeni Teleqüllədə test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib. 

Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib.

İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb.1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb. 
 
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.

Orta dalğalarda "Azərbaycan" radiosu və müxtəlif dillərdə yayımlanan "Xaricə yayım" radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.

Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, Azerspace peyki) yayımlanır. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

06-11-2009

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

İlk radio verilişinin yayımından 91 il ötür

06-11-2017

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə