Previous Next
Bağla

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016 17:45
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Respublika ərazisində tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçildi.

Bu barədə Xeberler.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli telviziya yayımına keçilib və analoq yayım dayandırılıb.

Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.

Rəqəmli yayıma keçidin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər.

Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirmiş oldu.

Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci  ölkədir.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.

Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1411 nömrəli “Qaynar xətt”nə zəng etmək olar.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

Serbiya rəqəmli televiziya yayımına keçib

16-06-2015

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə salıb

18-06-2015

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020

Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

02-06-2015

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016

Rəqəmsal yayıma keçid :“Səhərdən 400-ə yaxın zəngə cavab vermişəm”

01-11-2016

Bölgələrdə analoq yayım dayandırılır

01-12-2016

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə