Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyinin və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) arasında Bakı və Abşeron yarımadası ərazisində həyata keçirilən DAB+ (Digital Audio Broadcasting) standartlı rəqəmli radio yayımı ilə bağlı avtomobil dilerlərinin və avtomobil istifadəçilərinin maarifləndirilməsi məsələləri müzakirə olunub.
Xeberler.az bildirir ki, “Teleradio”dan verilən məlumata görə, müzakirə zamanı rəqəmli radio yayımının üstünlükləri vurğulanaraq bildirilib ki, müasir avtomobillərin multimedia sistemləri DAB+ radio yayımını qəbul etməyə qadirdir. Lakin proqram təminatı əlavə kiçik xərc tələb etdiyindən avtomobil alıcıları bu opsiyadan imtina edir və analoq radioqəbuledici ilə kifayətlənirlər. Buna baxmayaraq müasir avtomobillərin sayı artdıqca rəqəmli radio yayımının da aktuallaşması qaçılmazdır.
Tədbir çərçivəsində tərəflər arasında ilkin razılıq əldə olunub. Razılığa əsasən, AADA DAB+ ilə bağlı Azərbaycandakı cari vəziyyətin araşdırılması üzrə iş aparacaq.
Həmçinin, assosiasiya həm dilerlərin, həm də istifadəçilərin adıçəkilən radioya olan tələbatlarını təhlil edərək “Teleradio” İB-nin bu istiqamətdə məlumat əldə etməsinə yardım göstərəcək.
“Teleradio” isə öz növbəsində DAB+ radio yayımının təbliğat materiallarının hazırlanması, yayımlanmasında informasiya və maliyyə dəstəyini təmin edəcək.
Qeyd edək ki, DAB+ standartlı rəqəmli radionun test yayımına Azərbaycanda ilk dəfə olaraq 26 avqust 2019-cu il tarixindən etibarən başlanıb. Bu barədə məlumatlar Cenevrədə Avropa Yayım Birliyində fəaliyyət göstərən, DAB standartlı rəqəmli radio yayımı üzrə dünyada ən nüfuzlu təşkilat olan “WorldDAB” Forumunun məlumat bazasında və “www.worlddab.org” rəsmi internet informasiya ehtiyatında yerləşdirilib. Belə ki, cəmi 27 ölkənin yer aldığı siyahıya Azərbaycanın da adı daxil edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri