Previous Next
Bağla

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2020 14:01
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

Xeberler.az bildirir ki, polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə çıxıb.

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub.

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub. 1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılır. Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib.

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi rəqəmli TV yayımla əhatə olunub.

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində baş tutub.

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür

06-11-2021

Bakıda yeni alternativ teleqüllə istifadəyə verilib

10-10-2018

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016

Rəqəmli radionun test yayımı uğurla nəticələnib

16-10-2019

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

06-11-2009

Bu gün radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2015

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

"Avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən"

02-03-2021

Azərbaycanda yeni tezlik kanalında 11 yerli rəqəmsal radio proqramının test yayımı həyata keçirilir

24-10-2023

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024

Teleradio İstehsalat Birliyinin bir qrup əməkdaşı təltif edilib

16-02-2016

Bakıda alternativ teleqüllə istismara veriləcək

07-11-2017

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

Bakı və Abşeronda ikinci nəsil DVB-T2 standartlı televiziya yayımına başlanılır

14-03-2024

Radio və televiziya proqramlarının yayımında fasilələr olacaq

08-06-2019

İlk radio verilişinin yayımından 91 il ötür

06-11-2017

“TRT 1-in yayımı qısa zamanda bərpa olunacaq”

02-11-2016

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə