Previous Next
Bağla

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018 17:36
Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

Yeni tədris ilində Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqi davam etdirilir.

Xeberler.az  bildirir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, layihə informasiya texnologiyaları (İT) sistemləri və proqramlaşdırmanın öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

İnkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan  MDB ölkələri arasında  İT təhsil platformasını miqyaslı şəkildə ümumtəhsil sistemində tətbiqinə ilk imza atan ölkə olub.

2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 5-ci sinif şagirdini əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb üzrə 26 min 5-ci və 6-cı sinif şagirdi bu layihəyə cəlb olunub. Bakı şəhərində 65 məktəb üzrə 23500-ə yaxın, Gəncə şəhərində isə 6 məktəb üzrə 2500-ə yaxın şagird informatika fənnini yeni formatda öyrənir.

Bu fənn üzrə dərsləri tədris edən 250-dən çox müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil edilən ixtisasartırma təlimlərində iştirak edir. Fənnin yeni məzmunu üzrə təlimlər “Alqoritmika” şirkətinin, müəllimlərin İKT bacarıqlarının artırılması təlimi isə "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçiləri tərəfindən keçirilir.

Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib və Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub. Belə ki, 100 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1000-ə yaxın müasir kompüterlə təchiz edilib. Ümumiyyətlə, bu günədək "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində ölkə üzrə 230 kompüter otağı və təxminən 2500 yeni kompüter isitfadəyə verilib. Bu o deməkdir ki, layihədə iştirak edən 26 000 şagirdin hər birinin dərslərdə tapşırıqları fərdi qaydada yerinə yetirmələri üçün münbit şərait yaradılıb.

Bu ildən layihədə iştirak edən bütün məktəblər yüksəksürətli internet bağlantısı ilə təmin olunub. Məktəblilər üçün ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub. Bu il həmçinin, bütün ölkə ərazisində “Kod Saatı” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd iştirakçılarda İT ilə əlaqədar olan peşə sahələrinə marağın artırılmasıdır. “Kod Saatı”  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edən qlobal bir təşəbbüsdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018
İnformatika fənni yeni formatda tədris ediləcək-Video

İnformatika fənni yeni formatda tədris ediləcək-Video

25-12-2017
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024
"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024
270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17-06-2025
“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024
Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024
“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025
“Rəqəmsal bacarıqlar” layihəsi genişlənir: 530 min şagird cəlb olunub

“Rəqəmsal bacarıqlar” layihəsi genişlənir: 530 min şagird cəlb olunub

25-06-2026
İKT üzrə təlimlər keçirilib

İKT üzrə təlimlər keçirilib

02-10-2018
Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

Azərbaycanda 20 min məktəbli kod yazmaq üçün yarışdı

26-12-2022
“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

24-12-2025
1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

02-12-2015
Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

18-07-2022
“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar

04-03-2024
Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

15-09-2016
Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

22-06-2026
40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

01-02-2022
Qrant layihəsinin təqdimatı keçirilib

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018
Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017
Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər

02-12-2022
Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

Təhsildə İKT-nin tətbiqi üzrə mentorluq layihəsinə başlanıb

23-10-2015
“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblər hansılardır?

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblər hansılardır?

04-02-2009
Rəqəmsal məktəb platforması istifadəyə verilib

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə