Previous Next
Bağla

Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

18-07-2022 11:04
Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

2021-2022-ci tədris ilində 500-ə yaxın ümumi təhsil müəssisəsində summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.

Xeberler.az bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, ilkin mərhələdə ötən tədris ilinin I yarımilində seçilmiş 40 ümumi təhsil müəssisəsinin V, VI, VII və VIII siniflərində tədris dili, riyaziyyat və xarici dil fənləri olmaqla böyük summativ qiymətləndirmə rəqəmsal formada keçirilib. I yarımildə qiymətləndirmə prosesində seçilmiş müəssisələr üzrə 16 489 şagird iştirak edib.

2021-2022- tədris ilinin ikinci  yarımili ərzində seçilmiş 40 ümumi təhsil müəssisəsinə kiçik summativ qiymətləndirmələrin könüllü əsasda rəqəmsal formada təşkili üçün göstəriş verilib, bundan sonra ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə summativ qiymətləndirmələrin texniki təminat və internet olduğu təqdirdə rəqəmsal formada keçirilməsinə dair təlimati məktub göndərilib. Nəticədə II yarımildə 500-ə yaxın ümumi təhsil müəssisəsinin 20 000-dən çox şagirdi rəqəmsal summativ qiymətləndirmədə iştirak edib.

Rəqəmsal qiymətləndirmənin ölkə üzrə təşkilinə dair ümumi vəziyyət qiymətləndirilib və aparılan təhlillər göstərib ki, qiymətləndirmə prosesinin rəqəmsal təşkil edilməsi çevik hesabatlılığın təmin edilməsi üçün  əlverişli şərait yaradıb.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir. Rəqəmsal qiymətləndirmə “Virtual məktəb” platforması üzərindən aparılır. Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etmiş olur.

Eyni zamanda rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir.

Növbəti tədris ilindən rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək.

(Tehsil.biz)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

01-02-2022
Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

31-10-2022
“Rəqəmsal böyük summativ qiymətləndirmə” mövzusunda vebinar təşkil edilib

“Rəqəmsal böyük summativ qiymətləndirmə” mövzusunda vebinar təşkil edilib

02-06-2022
Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026
“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025
3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib

17-05-2025
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20-01-2021
"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024
WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

Məktəblərdə rəqəmsal bacarıqlarla bağlı qiymətləndirmə aparılacaq

29-10-2024
Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

08-05-2025
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

28-04-2026
İKT üzrə qiymətləndirmə keçirilib

İKT üzrə qiymətləndirmə keçirilib

30-01-2019
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024
“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

21-04-2026
WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

18-05-2026
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

09-04-2026
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025
Müəllimlərin İKT bilikləri yoxlanılır

Müəllimlərin İKT bilikləri yoxlanılır

18-09-2019
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

Peşə təhsilində onlayn qiymətləndirmə platforması sınaqdan keçirilir

26-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə