Previous Next
Bağla

İnformatika fənni yeni formatda tədris ediləcək-Video

25-12-2017 17:14
İnformatika fənni yeni formatda tədris ediləcək-Video

Dekabrın 25-də Təhsil Nazirliyində informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihəyə başlanılmasına dair brifinq keçirilib.

Bu barədə Xeberler.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Brifinqdə informatika fənninin tədrisi üzrə pilot layihənin rəhbəri Fəxri Qurbanov məlumat verib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.

Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. 

Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən  layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub.  Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə,  yaxın müddətdə  pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur.

Qeyd olunub ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram  bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Bu məqsədlə  müəllim və şagirdlər  vahid rəqəmsal  sistemdə fəaliyyət  üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. 

Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018
Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018
"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024
Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

Məktəblilərin “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinə marağı artır

03-12-2024
“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25-09-2024
50 məktəbdə informatika fənni ləğv edildi

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015
Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının model layihəsinə başlanılıb

18-04-2015
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
1-ci siniflər yeni proqramlaşdırma dili öyrənib-Foto

1-ci siniflər yeni proqramlaşdırma dili öyrənib-Foto

02-06-2017
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
“Elektron məktəb”  layihəsində iştirak edəcək məktəblərin sayı artıb

“Elektron məktəb” layihəsində iştirak edəcək məktəblərin sayı artıb

13-03-2009
“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblər hansılardır?

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblər hansılardır?

04-02-2009
270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17-06-2025
Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017
Proqramlaşdırmanı 1-ci sinifdən tədris edən layihə təqdim ediləcək

Proqramlaşdırmanı 1-ci sinifdən tədris edən layihə təqdim ediləcək

24-10-2016
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024
İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

İnformatika və Alqoritmik düşüncə yarışmasına start verildi!

04-12-2023
İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019
Paytaxt üzrə 69 layihə qalib olub

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022
İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

21-04-2025
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024
"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə