Previous Next
Bağla

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

15-09-2017 09:07
Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir

Bu gün Azərbaycanda Bilik Günü qeyd edilir.

Xeberler.az-ın məlumatına görə, bu il ölkənin orta məktəblərində bütün siniflər üzrə 1 445 049 şagird təhsil alacaq.

Yeni tədris ilində Bakının ümumi təhsil məktəblərində 395 773 şagird oxuyacaq. Həmçinin, paytaxt məktəblərində I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir. Eyni zamanda, 2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Onu da əlavə edək ki, son dövrlər təhsil müəssisələrində İKT-dən istifadənin genişləmdirilməsi istiqamətində çox sayda işlər həyata keçirilir. Belə ki, yeni təmir edilmiş məktəblərdə internet sistemləri quraşdırılır.

Məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində 34 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə fiber optik, ADSL və simsiz bağlantı ilə qoşulub.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Bilik Günüdür

15-09-2016

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

Təmayül məktəblərdə İnformatika tədris olunacaqmı?

04-08-2017

212 saylı məktəbdə də internet sistemi yaradılıb

07-09-2017

I sinfə elektron qəbul başladı

22-02-2018

Bu gün “Son zəng”dir

14-06-2017

Bu il XI sinifdə İnformatika tədris ediləcək? – Açıqlama

17-08-2017

Məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

09-08-2017

Elektron qeydiyyatın vaxtı uzadılıb

25-09-2018

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

Ölkəmizdə Bilik Günü qeyd edilir

15-09-2015

34 müəssisə Təhsil Şəbəkəsinə qoşulub

12-09-2017

Rayon məktəblərinə sürətli internet çəkilir

19-08-2015

2051 təhsil müəssisəsi Təhsil Şəbəkəsinə qoşulub

26-11-2015

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Nazirlik təhsil müəssisələri üçün avadanlıqlar alıb - Statistika

28-01-2015

128 təhsil müəssisəsinə sürətli internet çəkilib- Siyahı

21-09-2016

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Məktəblərə müasir texniki avadanlıqlar verilib

11-09-2015

Firudin Qurbanov: 2026-cı ildə məktəblərdə hər 6 şagirdə 1 kompüter düşəcək

10-09-2024

74 nömrəli məktəbdə internet sistemləri quraşdırılıb

04-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə