Previous Next
Bağla

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025 19:10
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun növbəti görüşü keçirilib. Görüşdə işçi qrupun rəhbərliyi, üzvləri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə açan İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın ölkənin rəqəmsal gələcəyinin qurulmasında xüsusi rolunu vurğulayıb.

“Konsepsiyanın uğurlu icrası üçün dövlət qurumlarının koordinasiyalı fəaliyyəti zəruridir. Bizim əsas məqsədimiz dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sistemli şəkildə həyata keçirmək, xidmətlərin keyfiyyətini yüksəltmək və vətəndaşların gündəlik həyatına real fayda gətirməkdir”, - deyə Fərid Osmanov qeyd edib.

Görüş zamanı İRİA-nın aidiyyəti nümayəndələri tərəfindən “Məlumatların idarəedilməsi strategiyası layihəsi” və “Rəqəmsal hökumət arxitekturası: görüləcək işlər və gözlənilən nəticələr” mövzularında təqdimatlar keçirilib. Çıxışlarda ölkə üzrə vahid məlumat idarəçiliyi çərçivəsinin formalaşdırılması, dövlət qurumları arasında məlumat mübadiləsinin səmərəli təşkili, “Hökumət buludu” və milli data mərkəzlərinin inkişafı, həmçinin informasiya təhlükəsizliyi standartlarının tətbiqi kimi məsələlər ətraflı müzakirə olunub.

Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil edilib, işçi qrupunun üzvləri və iştirakçılar tərəfindən fikir və təkliflər səsləndirilib.

Qeyd edək ki, Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun fəaliyyəti “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası çərçivəsində vahid koordinasiyanın təşkilinə və rəqəmsal dövlət idarəçiliyinin inkişafına xidmət edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub

26-06-2025

Rəqəmsal hökumət arxitekturası hazırlanacaq

16-01-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

RİNN-in rəhbərlik etdiyi Altqrupun görüşü baş tutub

22-02-2025

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025

İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

11-09-2025

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

14-01-2022

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə