Previous Next
Bağla

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019 11:43
Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib. 55 müxtəlif qurumun nümayəndəsinin iştirak etdiyi tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.

Dövlət Agentliyinin sədr müavini, İcra Qrupunun rəhbəri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən İcra Qrupu üzrə qarşıya qoyulmuş vəzifələr və əldə edilmiş nəticələr barədə məlumat verib.

Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə vətəndaş məlumatlarının “myGov” elektron kabinetində təqdim edilməsi və xidmətlərin proaktiv təşkili ilə bağlı görülmüş işlərdən və gələcək planlardan danışıb. 

 Görüş müxtəlif panellərlə davam edib. Həmçinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Dövlət Agentliyinin idarə rəisi Tural Məmmədov “Elektron hökumətdə təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

“Cari layihələr və myGov portalı” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov elektron hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə  iştirakçılara məlumat verib.

Tədbirdə “Digital Azərbaycan” layihəsi və ilkin mənbə məlumatları barədə müzakirələr aparılıb,  Mərkəzləşmiş Elektron Sənəd dövriyyəsi Sistemi təqdim olunub. 

İkinci hissədə “Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda hakaton təşkil olunub. Dövlət qurumlarının nümayəndələrindən formalaşdırılmış 6 komanda 3 saat ərzində müxtəlif sahələrdə blockchain texnologiyasının tətbiqi üzrə təkliflər formalaşdırıb. Hakaton nəticələrin təqdimatı və mükafatlandırma mərasimi ilə yekunlaşıb. 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib

16-03-2022
Dövlət Agentliyi Veb konfrans təşkil edib

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018
ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
 “Elektron hökumət” mövzusunda seminar keçirilib

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017
Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019
Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019
Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

Elektron hesablaşmaların idarə olunması mövzusunda təlim keçirilib

28-11-2018
“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017
“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans davam edir

27-04-2021
“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

“ASAN xidmət”-in fəaliyyəti Estoniyada maraqla qarşılanıb

15-05-2015
"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

06-03-2025
Big Data mövzusunda seminar keçirilib

Big Data mövzusunda seminar keçirilib

19-12-2019
Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

Prezident Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb

19-04-2012
ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

ASAN xidmətin innovasiyaları Qırğızıstanda təqdim olunub

30-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə