Previous Next
Bağla

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025 14:14
"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 16 oktyabrda Naxçıvan şəhərində "Rəqəmsal liderlik" proqramının növbəti sessiyası baş tutub.

Xeberler.az bildirir ki, Naxçıvan Dövlət Universitetinin nəzdindəki Azərbaycan İnnovasiya Mərkəzində keçirilən görüşdə Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) də daxil olmaqla, 45 qurumdan 70-ə yaxın İT üzrə rəhbər şəxs iştirak edib. Sessiya zamanı dövlət qurumlarında Rəqəmsal Yol Xəritələrinin icra statusu, o cümlədən Naxçıvanda rəqəmsallaşma üzrə həyata keçirilən fəaliyyət müzakirə edilib.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın sədr müavini Şahin Əliyev bu il qəbul edilmiş "Rəqəmsal İnkişaf Konsepsiyası"nın prioritet istiqamətlərinə toxunaraq bildirib ki, ölkədə rəqəmsallaşmanın uğurlu icrası qurumlar arasında yaradılan etimad və əməkdaşlıq prinsipləri əsasında həyata keçirilir:

"Dövlət qurumlarının əməkdaşlığı nəticəsində son bir neçə ildə rəqəmsal hökumətə keçid sürətlənib: Rəqəmsal Sənəd Dövriyyəsi və Milli Məlumat Mübadiləsi sistemləri üzrə kağızsız əməliyyatların sayı əhəmiyyətli dərəcədə artıb, "mygov"un rəqəmsal həlləri sayəsində vətəndaşların dövlət xidmətlərindən istifadəsi rahatlaşıb ".

Sessiyanın davamında Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Qoşqar Kamilli dövlət idarəçiliyində məlumatların toplanması, təhlili və qərarvermə üçün istifadəsini mümkün edən "smartnet.az" portalının təqdimatını edib. Naxçıvan RİNN-in şöbə müdiri Etibar Əjdərov tədbir iştirakçılarını Naxçıvan MR-də rəqəmsallaşma üzrə cari vəziyyət haqqında məlumatlandırıb.

Daha sonra Naxçıvan RİNN-in Aparat rəhbəri Əziz Hümbətov çıxış edərək Muxtar Respublikada infrastruktur quruculuğu, qurumlar arasında yaradılmış elektron məlumat mübadilə sistemi, qurumlarda proqram təminatının lisenziyalaşdırılması və rəqəmsallaşma sahəsində görülən digər işlər haqqında məlumat verib. Ədliyyə Nazirliyinin idarə rəisi Qismət Qurbanov təmsil etdiyi nazirlikdə innovasiya və inkişaf istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.

Sessiyada, həmçinin İRİA-nın şöbə müdirləri İlham Salmanov və Hüseyn Məmmədov rəqəmsal idarəetmənin tənzimlənməsi, şöbə müdiri Həsənağa Əliyev Açıq Məlumatlar Portalı və departament müdiri Emil Rüstəmov "mygov" platformasındakı yeniliklərə dair təqdimatlarla çıxış ediblər.

Naxçıvan şəhərində baş tutan "Rəqəmsal liderlik" proqramı "BESTCOMP GROUP" şirkətinin tərəfdaşlığı ilə təşkil edilib. Proqram ümumiyyətlə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, rəqəmsal hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyin artırılması, rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək məqsədilə keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023

Naxçıvanın rabitə və nəqliyyat sahəsinin inkişafı üzrə perspektiv planlar müzakirə edilib

08-06-2023

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

Nazir Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

15-12-2025

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib

18-01-2024

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020

Naxçıvan RİNN-ə müavin təyin edilib

01-05-2025

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025

“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

12-07-2024

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016

Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək

20-09-2023

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023

Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

14-08-2015

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019

İnormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə toplantısı keçirilir

23-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə