Previous Next
Bağla

Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

23-02-2026 15:17
Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

“AzərEnerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin iştirakı ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, “AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.

Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji” ASC-nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.

Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Qeyd edək ki, “AzərEnerji” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyev-in fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdür və görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023
“Azərenerji”nin idarəetmə sistemi yenilənir

“Azərenerji”nin idarəetmə sistemi yenilənir

21-05-2020
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017
“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024
Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

03-07-2024
“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024
Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

Azərbaycan və Türkiyə e-CMR üzrə texniki məsələləri müzakirə edib

10-03-2026
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək

02-06-2026
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

RİNN-də İsrailin Azərbaycandakı səfiri ilə görüş keçirilib

08-01-2026
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026
AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025
Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025
Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

05-07-2018
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanır

29-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə